Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qarabağın baş tacı, dağlar gözəli Şuşa FOTO VİDEO

Şuşa, 27 yanvar, AZƏRTAC

Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı, illərdir torpağına ayaq basacağımız günü arzu və xəyal etdiyimiz dağlar gözəli Şuşa şəhəri. Şuşa 28 illik uzun ayrılıqdan sonra yenidən öz sakinlərinə qovuşdu. Azərbaycanın qəhrəman oğulları yağı düşməni bu qədim diyarımızdan itiqovan kimi qovub çıxardı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, biz Şuşanı, bu qədim yurdumuzu, mədəniyyət paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik.

AZƏRTAC-ın bölgə müxbiri bu günlərdə Şuşada olub, 28 il ərzində baxımsız vəziyyətdə qalan qədim yurdumuzun tarixi məkanlarına baş çəkib. Müxbirimizin Şuşa qeydlərini təqdim edirik.

Avtomobilimiz hər tərəfdən dağlar və meşələrlə əhatə olunmuş yolla irəliləyir. Ətrafımız ağ örpəyə bürünüb. Qış olmasına baxmayaraq, işğaldan azad edilmiş ərazilərimizdəki əsrarəngiz mənzərələr insanın ruhunu oxşayır. Qarabağın illərdir həsrət qaldığımız təbiət gözəlliklərini seyr edə-edə Şuşaya yaxınlaşırıq.

Daşaltı kəndində avtomobildən enirik. Daşaltı kəndi Şuşa şəhərindən 5 kilometr cənubda, Cıdır düzündən aşağıda, Yevlax-Xocalı-Laçın avtomobil yolunun kənarında, Daşaltı çayının sahilində yerləşir. Bu kənd nəhəng qayalığın altında yerləşdiyindən Daşaltı adlandırılıb. Qəhrəman əsgər və zabitlərimiz şanlı zəfərimizi həmin bu sıldırım qayalara yalın əllə dırmanaraq, əlbəyaxa döyüşdə düşməni darmadağın etməklə qazanıb. Daşaltı kəndinə, qayalıqlara və yuxarıda görünən Cıdır düzünə qürurla baxırıq.

Daşaltıdan ayrılıb Şuşaya yola düşürük. Yolun kənarında dalğalanan Azərbaycan və qardaş Türkiyənin dövlət bayraqlarını və "Şuşa" yazısını görmək hər birimizdə fərəh doğurur. Nəhayət, Qafqazın incisi Şuşaya çatırıq. Hamımız həyəcanlı və sevincliyik.

Cıdır düzündən açılan mənzərə

Şuşa şəhərində ilk getdiyimiz ünvan əvəzsiz və əsrarəngiz təbiətə malik Cıdır düzü oldu. Şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli yerlərindən biri olan Cıdır düzü şəhərin kənarında - Daşaltı dərəsinin yuxarı hissəsindədir. Qərb tərəfdə bir-birinin arxasınca üç təpə yerləşir. Bu təpələrə “Üçmıx” adı verilib. Cıdır düzündən bir qədər aşağıda “qırx pilləkən” deyilən dik pilləli yol Daşaltı çayına aparır. Tarixən cıdır yarışları keçirildiyi üçün bura Cıdır düzü adlandırılıb. Ta qədimdən şuşalılar Cıdır düzündə Novruz bayramları təşkil ediblər. 1989-cu ildə "Xarı Bülbül" Beynəlxalq musiqi festivalı da Cıdır düzündə keçirilib. Cıdır düzündən açılan mənzərə insanı valeh edir. Aşağıda Şuşa, uzaqda isə Xankəndi şəhəri görünür.

Erməni vandalizminə məruz qalan Molla Pənah Vaqifin
muzey-məqbərə kompleksi

XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi də Cıdır düzünə yaxın ərazidədir. Şairin məzarı üstündə inşa edilən məqbərənin açılışı 1982-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə olub. O vaxt məqbərədə Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat sərgilənirdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edildi, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparıldı.

Ermənilər Şuşada tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər

Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Şuşada 549 qədim yaşayış binası, 17 məhəllə, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə və sair olub. Şuşada ən çox görmək istədiyim yerlər isə qədim məhəllələr idi. Şuşanın qədim məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Ermənilər işğal etdikləri digər rayon və şəhərlərdə olduğu kimi, Şuşada da tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər talan edilib, dağıdılıb və ya erməniləşdirilib.

Yuxarı məhəllələrdən biri ilə - Mamay məhəlləsi ilə gəzirəm. Mamay məhəlləsi Şuşanın mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Digər qədim məhəllələrdə olduğu kimi Mamay məhəlləsindəki tarixi-memarlıq nümunəsi olan tikililər də erməni vandalizminə məruz qalıb. Şuşada tarixi keçmişimizi silməyə çalışan ermənilər XIX əsrin yadigarı olan məscidi dağıdıblar.

Mamay məhəlləsindəki bulaq da erməni vandalizminə məruz qalan tikililərdəndir. Vaxtilə bulağın yuxarı hissəsində kitabə olub. Kitabədə bulağın hicri tarixi ilə 1318-ci ildə, yəni miladi təqvimi ilə 1900-cu ildə Səməd ağa Cavanşir tərəfindən tikildiyi yazılıb. Erməni işğalçıları Şuşa şəhərindəki bir çox abidələr kimi Mamay bulağını da erməniləşdirməyə çalışıblar. Belə ki, bulağın üzərindəki yazılar silinib, yerinə xaç işarəsi həkk olunub. Bundan başqa, ermənilər saxtakarlıq edərək, bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də yapşıdırıblar.

Yuxarı Gövhər ağa məscidi

Ermənilər işğal dövründə Şuşa şəhərində qanunsuz məskunlaşma həyata keçirmişdilər. Lakin şəhərin qədim hissələri illər ərzində baxımsız qalıb, tarixi tikililər, o cümlədən memarlıq abidələri dağıdılıb. Gəzə-gəzə şəhərdəki tarixi-dini mədəniyyət abidələrindən birinin - Yuxarı Gövhər ağa məscidinin qarşısına çatıram. Bu, şəhərin mərkəzi meydanında tikilmiş ən qədim məsciddir. Yuxarı Gövhər ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Məscidin inşası dörd mərhələdə həyata keçirilib. İlk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel, təxminən 1750-ci ildə inşa edilib. Bu, xanlığın mərkəzinin Şahbulaq qalasından Şuşaya köçürülməsi ilə bağlı olub. İkinci məscid İbrahimxəlil xanın dövründə qamış məscidin yerində daşdan tikilib (1768-1769). XIX əsrin birinci yarısında Gövhər ağanın maddi köməyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid, 1883-cü ildə isə üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu məscidi inşa edilib. Dördüncü məscidin müəllifi məşhur Kərbəlayi Səfixan Qarabağidir. Məscidin minarələrinin dekoru və otaqların divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənib. Dördüncü məscid kompozisiya-planlaşdırma və memarlıq bədii xüsusiyyətlərinə görə sələfindən (3-cü məsciddən) fərqlənir. Tikilinin eyvanının tağları üzərində Quran ayələri yazılmış dekorativ lent uzanır. Yuxarı Gövhər ağa məscidinin dam örtüyünün orta hissəsində iki günbəz fərqlənir. Məscidə gözəllik verən fərqlərdən biri də kərpiclə hörülmüş minarələrin səthinin qabarıq lentlərlə üç hissəyə bölünməsi və rəngli daşlarla bəzədilməsidir.

İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistan Yuxarı Gövhər ağa məscidində "təmir-bərpa" işləri apararaq xalqımızın bu memarlıq incisinin arxitekturasını dəyişməyə, məscidi “fars məscidi” kimi qələmə verməyə çalışıb. Bu, bir daha Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin oğurlanması, izinin itirilməsi və silinməsi ilə məşğul olduğunu göstərir.

Erməni vəhşiliyi Xurşidbanu Natəvanın sarayından da yan keçməyib

Daha sonra keçmiş Şuşa Rayon Partiya Komitəsinin binasının qarşısına gəlirik. 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri Şuşaya gətirilərək öz əvvəlki yerinə qoyulub. Arxada Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvana məxsus XVIII əsrə aid ikimərtəbəli ev dağılmış halda görsənir. Tarix-memarlıq abidəsi kərpic və çay daşlarından inşa edilib. 1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi bu binada fəaliyyətə başlayıb. 1984-cü ildən məktəb Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi adlandırılıb. 1987-ci ildə binada əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyətə başlayıb. 1992-ci ilin may ayının 8-də Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq qəsb edilib.

“Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!”

Vaxt az olduğundan Şuşanın hər tərəfini gəzə bilmirik. Son olaraq Azərbaycan memarlığının ən gözəl incilərindən olan Şuşa qalasının qarşısına gedirik. Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. Arran memarlıq məktəbi üslubunda inşa edilən qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalanın üç əsas qapısı olub: Gəncə, İrəvan və Ağoğlan qapıları. Qalanın Gəncə (və ya Giləbörd) qapısı yolu Gəncə şəhəri və Qarabağ xanlığının Giləbörd mahalını birləşdirirdi. Qalanın İrəvan qapısı (və ya Xəlfəli) qərbdə yerləşirdi. Bu qapıdan çıxan yol Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. Qalanın Ağoğlan qapısı (və ya Şuşakənd) şərq tərəfdə yerləşirdi və şəhərin aşağı hissəsinə girişi təmin edirdi. Bu qapıdan çıxan yol Şuşa şəhərini Şuşakənd və Muxtar kəndləri ilə birləşdirirdi.

Ötən ilin noyabrın 8-də Azərbaycan Ordusunun böyük şücaət göstərərək işğaldan azad etdiyi qala divarlarına fərəh və qürur hissi ilə baxıb düşünürəm. Qayıdışın mübarək, gözəl Şuşa! Tezliklə yenidən çiçəklənən dövrün başlanacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “əziz Şuşa, sən bizimsən, sən azadsan, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!”.

 

Tahir Ağaməmmədov
AZƏRTAC-ın bölgə müxbiri
Qarabağın baş tacı, dağlar gözəli Şuşa FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir

Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Livanda qeyd edilib

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib

CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?