CƏMİYYƏT
#prokurorluqdanizah: Növbəti videoçarxda prokurorluqda bir sıra vəzifələrə təyinatla bağlı tələblərə dair suallar cavablandırılıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşayönümlü, onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması işi davam etdirilir.
Növbəti videoçarxda Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Mələk Əliyeva “Prokuror, prokurorluğun müstəntiqi və əməliyyatçısı vəzifələrinə təyin olunmaq üçün tələblər nədir?”, “Prokurorluğa işə kim qəbul edilmir?” suallarını cavablandırıb.
Videoçarxı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından da izləmək mümkündür.