|
Görkəmli alim, pedaqoq, maarifçi, Əməkdar Elm Xadimi, akademik Mehdi Mehdizadə anadan olub (1903-1984). 1941-ci ildə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyalarını müdafiə edən M.Mehdizadə 1961-ci ildə respublikanın xalq maarifi naziri təyin edilərək, səmərəli fəaliyyət göstərib. O, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olub (1967). Akademik M.Mehdizadə pedaqogika və təhsilə dair çoxsaylı monoqrafiya və məqalələrin müəllifidir. Onun yaxından iştirakı və həmmüəllifliyi ilə iki hissədən ibarət “Pedaqogika” dərs vəsaiti hazırlanaraq nəşr olunub. Azərbaycan elminə, təhsilinə dəyərli töhfələr vermiş akademik M.Mehdizadə səmərəli xidmətlərinə görə yüksək mükafatlara layiq görülüb. |
|
1778-ci il. İngilis dəniz səyyahı Ceyms Kuk Havay adalarını kəşf edən ilk avropalı olub. Həmin vaxt C.Kuk Havay adalarını “Səndviç adaları” adlandırmışdı. |
|
1871-ci il. Prussiya krallığının Fransa imperiyası üzərində qələbəsindən sonra Versal sarayında birləşmiş alman dövlətlərinin əsasında Almaniya imperiyası yaradılıb. İmperiya Almaniyanın Birinci Dünya müharibəsində məğlubiyyətinə qədər yaşadı. |
|
1886-cı il. İngiltərədə Xokkey Assosiasiyasının yaradılması ilə müasir xokkeyin əsası qoyulub. |
|
1896-cı il. Rentgen cihazı ilk dəfə Nyu-Yorkda nümayiş etdirilib. Həmin dövrdə şüanın xarakteristikası fizikaya bəlli olmadığına görə ona “X şüası” adı verilmişdi. |
|
1903-cü il. ABŞ Prezidenti Teodor Ruzveltin Britaniya Kralı VII Eduarda göndərdiyi radio mesajı Atlantik okeanı üzərindən ötürülən ilk rabitə əlaqəsi olub. Bu ixtiranın - radionun müəllifi olan italiyalı elektrik mühəndisi Qulyelmo Markoni 1909-cu ildə simsiz teleqrafiya sahəsindəki xidmətlərinə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. |
|
1911-ci il. Tarixdə ilk dəfə olaraq, təyyarənin gəmi göyərtəsinə enişi həyata keçirilib. Pilot Yugen Elinin idarə etdiyi təyyarə ABŞ-a məxsus “Pensilvaniya” gəmisinin göyərtəsinə enib. |
|
1919-cu il. Birinci Dünya müharibəsinin başa çatmasından sonra Versal sülh konfransı işə başlayıb. Konfransda dünya dövlətlərinin yeni sərhədləri müəyyən edilib. |