RƏSMİ XRONİKA
“2008-2010-CU İLLƏR ÜÇÜN CİNAYƏTKARLIQLA MÜBARİZƏDƏ BİRGƏ TƏDBİRLƏRƏ DAİR DÖVLƏTLƏRARASI PROQRAM HAQQINDA” QƏRARIN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “2008-2010-cu illər üçün cinayətkarlıqla mübarizədə birgə tədbirlərə dair Dövlətlərarası Proqram haqqında” 2007-ci il oktyabrın 5-də Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında imzalanmış Qərar Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2008-ci il.