MƏDƏNİYYƏT


23-cü Beynəlxalq “Çiçəklər və Flowers” festivalında Azərbaycan da təmsil olunacaq

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Avqustun 24-də Moskvada keçiriləcək 23-cü Beynəlxalq “Çiçəklər və Flowers” festivalında Azərbaycan da təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, ölkəmizi bu sərgidə tanınmış florist Dmitri Turkan təmsil edəcək. Festivalda dünyanın 25 ölkəsindən 250-dək şirkətin iştirakı gözlənilir.

Sərginin mərkəzi ekspozisiyasında təmsil olunan ölkələrdən gətirilmiş çiçəklər sərgilənəcək. Həmçinin, festivalda “dəyirmi masa”lar, mühazirələr, ustad dərsləri təşkil olunmaqla yanaşı, floristik nümayişlər, seleksiya yenilikləri də təqdim olunacaq.

Sərginin dolğun iş proqramı dörd hissədən ibarət olacaq. Festival avqustun 26-dək davam edəcək.

Qeyd edək ki, festivalın saytında elektron qeydiyyatdan keçmək və sərgiyə pulsuz bilet əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.