İDMAN
İspaniya La Liqası: “Barselona” çətin “Betis” səfərindən qələbə ilə dönüb
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 1-də futbol üzrə İspaniya çempionatının 19-cu turunun bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri “Barselona” səfərdə “Betis”lə qarşılaşıb.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda bütün qolları kataloniyalılar vurublar. Matçın 65-ci dəqiqəsində Rafinya hesabı açıb. 80-ci dəqiqədə Levandovski fərqi iki topa çatdırıb - 0:2. Sona beş dəqiqə qalmış isə “Barselona”nın müdafiəçisi Jül Kunde avtoqola imza atıb - 1:2.
Beləliklə, çempionatda növbəti qələbəsini qazanan Xavinin yetirmələri bir oyun çox keçirməklə “Real Madrid”lə xal fərqini 8-ə yüksəldiblər.
Qeyd edək ki, “Real Madrid” növbəti tur öz meydanında “Valensiya” ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:43]
“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq
- 10.05.2024 [13:13]
Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb
- 10.05.2024 [12:54]
Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar
- 10.05.2024 [11:45]
Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb
- 10.05.2024 [11:11]
Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb
- 10.05.2024 [11:04]
Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar
- 10.05.2024 [10:33]