CƏMİYYƏT


29 min zəli Qızılqaz gölünə buraxılıb

Bakı, 16 mart, AZƏRTAC

Martın 15-də 29 min zəli kütləvi informasiya vasitələri (KİV), ekoloji qeyri-hökumət təşkilatları və aidiyyəti dövlət qurumlarının iştirakı ilə Şirvan Milli Parkı ərazisində yerləşən və zəlilərin təbii areallarından biri olan Qızılqaz gölünə buraxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a verilən xəbərə görə, Qızılqaz gölündə zəlilərin yaşaması üçün münbit hidroloji, fiziki-kimyəvi və hidrobioloji şərait var və ərazidəki zəlilər yerli biotopun tərkib hissəsidir. Hazırda göldə suyun temperaturu normalara cavab verir.

Qırx min zəli isə nazirliyin idarəetməsində olan müəssisədə saxlanca verilib, istintaq bitəndən sonra onlar da KİV, ekoloji QHT və aidiyyəti dövlət qurumlarının iştirakı ilə təbiətə buraxılacaq.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında qaçaqmalçılıq yolu ilə 69 min zəli ölkədən çıxarılarkən Gömrük İdarəsi tərəfindən müsadirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.