MƏDƏNİYYƏT


Bakı məktəblisi: Bu vaxtadək oxuduqlarımızı və eşitdiklərimizi gözlərimizlə gördük

Bakı, 13 noyabr, Şahyəddin Əliyev, AZƏRTAC

Şəki xan Sarayını çoxdan görmək istəyirdim. Bu arzuma çatdım. Qax və Zaqatala rayonlarında da tarixi abidələrimizi gördük, onlarla bağlı ətraflı məlumat aldıq. Eyni zamanda, yerli əhalinin həyat tərzi, adət-ənənələri ilə yaxından tanış olduq. “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan maarifləndirici tur-aksiyanın hər bir iştirakçısı Bakıya belə zəngin təəssüratla qayıdıb.

Bu sözləri Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 81 nömrəli tam orta məktəbin X sinif şagirdi Kamran Mikayılov AZƏRTAC-a müsahibəsində deyib.

Gördüklərini heç vaxt unutmayacağını söyləyən K.Mikayılov fikrini belə əsaslandırdı: “Bu vaxtadək kitablarda oxuduqlarımızı, ekranlarda seyr etdiklərimizi, eşitdiklərimizi gözlərimizlə gördük. Apardığımız müqayisələr dünyagörüşümüzün və biliklərimizin zənginləşməsinə müsbət təsir göstərəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.