Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

1915-ci ilin hadisələri haqqında parlament qətnamələri onlara sərf olunan kağıza dəyərmi?

1915-ci ilin hadisələri haqqında parlament qətnamələri onlara sərf olunan kağıza dəyərmi?

Berlin, 30 aprel, AZƏRTAC 

Dünən belə sərlövhəli bir xəbər gözümə dəydi: “İsveç “erməni soyqırımını“ tanımayıb”. Dərhal İsveç Rikstaqının Osmanlı İmperiyasında asurilərin, ponti yunanlarının və ermənilərin “soyqırımı”nın tanınması haqqında 2010-cu il 11 mart tarixli qətnaməsi yadıma düşdü. Bu qətnamə lehinə 131, əleyhinə 130 səs olmaqla, cəmi bir səs çoxluğu ilə qəbul edilmişdi (Türkiyədə doğulmuş kürd əsilli deputatın səsi həlledici olmuşdu).

Adi adam istər-istəməz belə bir sual verəcək: “Bu necə ola bilər? Axı, soyqırımını artıq bir dəfə tanıyıblar?!”.

Məsələ də elə bundadır! Eyni bir dövlətin (daha dəqiq desək, dövlətin özünün yox, parlamentin, çünki bunlar ayrı-ayrı şeylərdir) əvvəlcə parlamentdə qətnamə qəbul edilməsi formasında soyqırımını “tanıması” faktı, beş il sonra elə həmin ölkənin elə həmin parlamentinin elə həmin məsələyə dair növbəti qətnaməni qəbul etməkdən boyun qaçırması barədə KİV-lərdə gedən məlumat həmişə dediyim və daim təkrar etdiyim bir məsələni əyani şəkildə təsdiq edir: bu və ya digər hadisənin “soyqırımı” kimi tanınması haqqında parlament qətnaməsi heç ona sərf olunan kağıza da dəymir və əsla bütöv bir dövlət tərəfindən “tanındığını” göstərmir.

Qətnamənin qəbulundan sonra ermənilərin, asurilərin və daha kimlərinsə qondarma “soyqırımının”, fərz edək, Belçika və Lüksemburq tərəfindən “tanınmasından” danışanlar beynəlxalq hüquq sahəsində diletantdırlar.

Parlament qətnaməsi dövlət başçısı tərəfindən imzalanan, qüvvəyə minən, bütün vətəndaşlar üçün məcburi olan və onun ləğv edilməsinə qədər müddətsiz qüvvədə olan qanun deyildir. Parlament qətnaməsi yalnız ona səs verən, lakin səlahiyyət müddəti məhdud olan bir qrup deputatın şəxsi fikrinin ifadəsidir. Onların şəxsi fikri təmsil etdikləri dairədəki bütün seçicilərin, xüsusən də bütöv bir dövlətin mövqeyi deyil. Bu, hətta hakimiyyətin 3 qanadından biri olan bütün parlamentin də fikri deyil. Bu, onların birgə bəyanatda əks olunmuş sırf şəxsi fikridir. İstər deputat, istərsə də qeyri-deputat olsun, hər bir vətəndaşın şəxsi fikir hüququ, o cümlədən yanlış fikir hüququ var.

Bu mənada bir qrup deputatın bəyanatı etiraz aksiyasına toplaşmış küçə nümayişi iştirakçılarının, yaxud bu və ya digər zavodun həmkarlar ittifaqı yığıncağının iştirakçılarının oxşar bəyanatından (yaxud qətnaməsindən) heç nə ilə fərqlənmir və hüquqi qüvvəsi olmadığı üçün dövlətin və ya bütün əhalinin mövqeyini əks etdirmir. Guya “erməni soyqırımını tanımış” ölkələrin sayını xüsusi vəcdlə hesablayanlar isə bu sadə məsələni heç cür başa düşmək istəmirlər.

Gəlin ötən 100 ildə dünyanın bütün ölkələrində əlini qaldırıb belə qətnamələrə səs verən deputatların ümumi sayını hesablayaq. Görəsən, nə qədər olarlar? 500, 1000, 2000? Vəssalam? Bilirsiniz, şəxsən mən bir gün ərzində onların fikrini bölüşməyən 5000 vətəndaş toplaya bilərəm. Özü də bu insanların fikirləri deputatlarınkından heç də az əhəmiyyətli deyil, çünki qeyd etdiyim kimi, deputatların fikri ayrıca götürülmüş homo sapiens-in şəxsi fikridir və nəinki bütün dövlətin, hətta seçkilərdə həmin deputata səs vermiş bütün seçicilərin də mövqeyini əks etdirmir.

Bundan əlavə, qətnaməni qəbul edən parlament heyətinin deputatlıq müddəti başa çatandan sonra belə qətnamələr öz aktuallığını (hətta qüvvəsini deyil, məhz aktuallığını, çünki istənilən halda onların qüvvəsi yoxdur) itirir. Dövlət başçısının imzaladığı və ləğv edilənədək qədər qüvvədə olan qanundan fərqli olaraq, “non-bindinq” qətnamə deputatların şəxsi fikrini əks etdirən (buna görə də hamı üçün məcburi olmayan) sənəd kimi yalnız parlamentin həmin heyətinə aiddir. Ötən heyətin qəbul etdiyi qətnamə növbəti heyətin mövqeyini artıq əks etdirə bilməz, çünki həmin heyətdə bu yaxınlara qədər müxalifətdə olan yeni çoxluq təmsil oluna bilər. Deməli, soyqırımının tanınması haqqında qəbul edilmiş qətnamənin parlamentin yeni heyətinin fikrini əks etdirməyə davam etməsi üçün deputatlar onu yenidən təsdiq etməli, bir növ deputat kürsülərindəki sələflərinin fikirləri ilə razılaşdıqlarını göstərməlidirlər.

Son 50 ildə neçə belə yenidən təsdiq olub? Biri də olmayıb! Odur ki, əgər kimsə deyir ki, “ermənilərin soyqırımını” filan qədər ölkə tanıyır, həmin adam yumşaq desək, arzu olunanı həqiqət kimi təqdim edir, çünki əvvələn, parlament qətnaməsi həmin ölkə tərəfindən “tanınma” demək deyil. İkincisi, bu qətnamələrin çoxunu artıq tarixə çevrilən parlament heyətləri qəbul edib. Onlar yoxdur. Deməli, vaxtilə dünya ölkələrinin bir hissəsinin dövlət hakimiyyəti strukturunun bir hissəsinin üzvlərinin bir hissəsinin şəxsi fikrini əks etdirən sənəd də aktuallığını itirir.

Əfsuslar olsun ki, hər buna bənzər qətnamədən sonra donuz kimi xortuldayanlar bu sadə həqiqətlərdən xəbərsizdirlər.

Çox kompleksləri olan bəzi ermənilər dünya xəritəsində onların fikrincə, “soyqırımını” tanıyan ölkələri qırmızı rəngə boyayırlar. Belə xəritələrin birində aşağıdakı infoqrafika təsvir edilib: burada həmin ölkələrin ərazilərinin ümumi sahəsi və əhalisinin sayı bütün dünyaya faiz nisbətində işarələnib! İsveç Rikstaqında bir səs çoxluğu bu məzəli xəritənin müəllifinə həmin ölkənin 10 milyonluq bütün əhalisini “erməni soyqırımını” tanıyanlara aid etməyə, Dövlət Dumasının 1995-ci il tərkibinin onlarca üzvünün fikrini Yer kürəsinin quru hissəsinin 1/6 hissəsini arzu olunan qırmızı rəngə boyamağa imkan verib. İşdir, birdən Çin deputatlarının bir hissəsi öz fikrini ifadə etmək istəsə, onda qrafik məlumatların necə dəyişəcəyini düşünmək belə qorxuludur. Axı, başa düşürsünüz ki, bu “1,5 milyard insanın” fikri deməkdir! Lakin elə həmin müəllifin katolik kilsəsinin hakim olduğu ölkələri qırmızı rəngə boyaması, Papa Fransiskin bu yaxınlardakı çıxışından sitatı Atlantik okeanının düz ortasında yazması bu marazmın zirvəsidir. Yəqin özünüz başa düşürsünüz ki, həmin sitatda Papanın “bütün katoliklərin mövqeyini əks etdirən” fikri yer alıb. Hə bir də təbii ki, bu yaxınlarda məlum qətnaməyə səs vermiş bir para Avropa Parlamenti deputatının fikrinin “əhatə etdiyi” Avropa İttifaqının xəritəsi. Zarafatdırmı?! 503 milyon insan və 4 milyon kvadratmetr ərazi!!!

Qeyd edək ki, dünyada yalnız iki dövlət - Fransa və Argentina ermənilərin faciəsinin “soyqırımı” kimi tanınmasını məhz qanun kimi qəbul edib və cəmi bir parlamentin - Avstriya parlamentinin fəaliyyətdə olan heyəti qəbul edib, ona görə də bu qətnamə öz aktuallığını hələ saxlayır (elə bir Almaniya bundestaqı da belə bir qətnamə qəbul etməyə hazırlaşır). Bütün qalan qətnamələrin “yararlılıq müddəti” başa çatıb. Onları zibil yeşiyinə ata bilərsiniz.

Bu da sizin üçün “beynəlxalq tanıma”.

Tutaq ki, İsveçrə və ya İspaniyanın “ermənilərin soyqırımını” tanımasından az-çox müəyyən bir inamla danışmaqdan ötrü əhalinin çoxunun fikrini bilmək üçün referendum keçirmək lazımdır. Amma heç kəs xalqın pulunu belə bir sərsəm məsələ ilə bağlı referenduma xərcləməyəcək.

Soyqırımı parlamentlərin divarları arasında, çoxu səs verdiyi məsələyə dair üç kəlməni bir-birinə calaya bilməyən siyasətçilərin əl qaldırması yolu ilə deyil, yalnız və yalnız mötəbər beynəlxalq tribunalın hökmü ilə fakta çevrilir. Müqayisə üçün: parlament suyun yanması haqqında qətnamə qəbul edir, amma bu, təbiətdə heç bir dəyişikliyə gətirib çıxarmır.

Adamın təkcə kağıza və əbəs yerə qırılmış meşələrə heyfi gəlir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO