İDMAN
"Laçi" - "İnter" oyunu 1:1 hesabı ilə başa çatıb
Bakı, 2 iyul, AZƏRTAC
Bakının “İnter” futbol komandası UEFA Avropa Liqası yarışlarının birinci mərhələsində ilk görüşünü heç-heçə başa vurub.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi iyunun 2-də Albaniyanın Lac şəhərindəki eyni adlı stadionda yerli “Laçi” klubunun qonağı olub.
İspaniyalı baş hakim Karlos Del Kerronun idarə etdiyi oyunun 20-ci dəqiqəsində “Laçi”nin futbolçusu Sequn Adeniyinin vurduğu top qapı tirinə dəyib geri qayıtsa da, komanda yoldaşı Aqim Meto hücumu qolla tamamlayıb. Görüşün ilk hissəsi “Laçi”nin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci hissəyə fəal başlayan "İnter"in futbolçuları matçın 47-ci dəqiqəsində rəqib qapısında yol tapıblar. Nika Kvekveskirinin dəqiq zərbəsi hesaba tarazlıq gətirib - 1:1. Oyunun sonunadək hər iki tərəf qol vurmağa cəhd etsə də, top qapıdan keçməyib.
Beləliklə, görüş 1:1 hesablı heç-heç ilə yekunlaşıb.
Komandaların cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [17:57]
“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub
- 10.05.2024 [17:17]
Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək
- 10.05.2024 [16:41]
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
- 10.05.2024 [16:25]
Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq
- 10.05.2024 [14:43]