Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilib

Bakı, 22 aprel, K.Əliyeva, G.Məlikova, AZƏRTAC

Aprelin 22-də Bakıda Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə Dünya Kitab və Müəlliflik Hüququ Gününə, Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan “Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının, nazirliklərin, beynəlxalq təşkilatların nümayəndələri, ali məktəblərin rektorları iştirak ediblər.

Konfransda MHA-nın sədri Kamran İmanov giriş sözü ilə çıxış edib.

Bildirilib ki, aprelin sonu kitab, müəlliflik hüququ və əqli mülkiyyətə aid xüsusi günlərlə əlamətdardır. Aprelin 23-ü UNESCO-nun təsis etdiyi Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Azərbaycanda bu gün 1997-ci ildən qeyd olunur. Aprelin 26-sı isə Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Müəllif Hüquqları Agentliyi bu günü 16 ildir ki, (2001-ci ildən) qeyd edir. Həmin günlərdə keçirilən müxtəlif tədbirlərin, görüşlərin, “dəyirmi masa”ların, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək vermək, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini diqqətə çatdırmaqdır.

K.İmanov deyib: Bu il Azərbaycan üçün çox əlamətdardır. Prezident İlham Əliyev 2016-cı ili ölkədə “Multikulturalizm ili” elan edib. Müasir multikultural cəmiyyətin formalaşmasına yönəldilən və Azərbaycan dövlətinin başçısının iradəsinə əsaslanan siyasi qərarlar, Azərbaycan xalqının əsrlər boyu qaynaqlanan tolerantlıq ənənəsi hazırda “multikulturalizmə alternativ yoxdur” fikrini formalaşdırıb. Odur ki, bugünkü konfransda multikultural siyasətin əqli mülkiyyətin inkişafına, müəlliflik hüququnun qorunmasına danılmaz təsirini və əhəmiyyətli dəstəyini qabarıq şəkildə göstərməyə çalışacağıq. Çünki multikultural siyasət fərdi kreativliyi (müəlliflik, patent hüququ) və qrup kreativliyini (folklor, ənənəvi biliklər) stimullaşdırır, inkişaf etdirir və qoruyub saxlayır.

Əqli mülkiyyət hüquqları və mədəni hüquqlar bir çərçivədədir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməyə (27 maddə) və həmçinin Beynəlxalq Billin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Pakta (15 maddə) əsasən, əqli mülkiyyət mədəni hüquqların tərkib hissəsidir. Mədəni hüquqlar isə mədəni müxtəlifliyi dəstəkləyir və inkişaf etdirir, bununla da muktikultural siyasətin vacib atributuna çevrilir. Heç də təsadüfi deyil ki, bunlar UNESCO-nun və DƏMT-in əlamətdar günləri ilə bağlı şüar və devizlərində səslənir.

“Müəlliflər, yazdıqları kitablar hər birimizin səsinin eşidildiyi ümumi gələcək uğrunda bəşəriyyətin birgə keçmişi, tarixi və mədəni irsi olan ailəyə birləşməsinin dəstək verənləridir”. Bu, UNESCO-nun bəyanatındandır.

“Mədəniyyət əsərləri çoxdan sərhədləri aşıb. Wi-Fi erası isə mədəniyyət əsərlərinin yaradılması, yayılması və mili sərhədlərdən çox-çox uzaq bazarlarda istehlak olunmasını dəyişdirib…, hər bir müəllif, hüquq sahibinin sonsuz sayda qlobal əməkdaşlıq imkanlarını yaradıb”. Bu isə DƏMT-ın bəyannaməsində bildirilir.

Göründüyü kimi, hər iki bəyannamə istər kitabın timsalında, istərsə də əqli mülkiyyət obyektləri nümunələrində sərhədsiz dünya və qloballaşan bəşəriyyətdə ayrı-ayrı mədəniyyətlərin səsinin çatdırılmasını, onların unikallığını və müxtəlifliyini təsbit edir, əqli nəticələrə hörmət və ehtiramla yanaşmanın prioritet məqsəd olduğunu irəli sürür.

MHA-nın sədri vurğulayıb ki, bugünkü konfransda Ermənistanın mədəni hüquqlar “modelinə” toxunulacaq. Başqalarının mədəni müxtəlifliyini inkar edən, onların mədəni hüquqlarını, insan haqlarını tanımayan və aqressiv yanaşan bu monoetnik dövlətdə yeganə olan öz etnosunun hüquqlarını absurd dərəcədə şişirdən erməniçilik siyasətindən də söhbət açacaq, “Erməniçilik digər xalqların hüquqlarına xələl gətirir” mövzusunda təqdimatla tanış olacağıq.

Ermənistanın siyasətinin sütunlarında siyasi mifologiya, digər xalqların torpaqlarına və mədəni irsinə iddialar, etnik təmizləmə və ksenofobiya durur. Eyni zamanda, bu millətin “əzabkeşliyi”, “müstəsnalığı” və “xüsusi missiyası” təbliğ olunur.

Bunların illüstrasiyası Dünya “World Values” elmi layihəsindəki rəqəmlərdir (UNESCO). Layihəyə əsasən, dünyanın 76 ölkəsində yaşayan fərdlər seçim edərək, öz identikliyini (məxsusluğunu) icma, ölkə və dünya üzrə coğrafi qrupların birində müəyyənləşdiriblər. Buradan aydın olur ki, Azərbaycan kimi yüksək milli-vətəndaşlıq (ölkə) və ümumbəşəriliyi (dünya) yüksək olan və eyni zamanda, kiçik etnik-regional (icma) identikliyə malik ölkə tapmaq mümkün deyil. O ki qaldı Ermənistana, burada ən yüksək icma-etnik identiklik və ən aşağı “dünya” mövcuddur. Bu, təbiidir.

Ermənilərin neqativ sxem əsasında qurulan identikliyi digərlərinin qrupunu inkar edir, öz seçimini onlara qarşı qoyur, qalanlarına yadellilər münasibəti bəsləyir və adətən digərlərinin qrupuna qarşı aqressiv çıxış edir. Erməniçilik öz identiklik qrupunu digərlərinə qarşı müxalif nöqteyi-nəzərindən təsəvvür edərək, “müstəsnalığını”, “xüsusiliyini” qabardaraq, nəticə etibarilə özünü “izolyasiya” edir və digərlərinə qarşı etnik təmizləməni tətbiq edir.

Sonra K.İmanov “Erməni saxtakarlıqları digər xalqların hüquqlarına xələl gətirir” mövzusunda geniş təqdimatla çıxış edib.

Təqdimatda keçmişdə və son illər kitabları dərc edilən erməni müəlliflərə istinadən, onların tarixi, coğrafi, genetika ilə bağlı həqiqətə uyğun olmayan mülahizələri, uydurmaları və saxtakarlıq faktları göstərilir, bütün bunlar elmi dəlillərlə ifşa olunur, DNK-analizinin nəticələrinə əsaslanan mövcud həqiqətlər və identikliklə bağlı sorğu nəticələri açıqlanır. Bununla yanaşı, göstərilir ki, həmin erməni müəlliflərinin uydurmaları və saxtakarlıqları o qədər də zərərsiz deyil: yalan olmaqla yanaşı, həm də başqalarının şərəf və ləyaqətinə toxunur, intellektinə, əqli mülkiyyətinə və mədəniyyətinə qəsd edir, dövlətçiliyinin tarixinin və ənənəsinin şübhə altında saxlanılmasına yönəldilir. “Odur ki, erməni saxtakarları ifşa olunub və ifşa olunacaq”.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova kitab, müəlliflik hüququ və əqli mülkiyyətə həsr olunan günlərin keçirilməsinin əhəmiyyətindən danışıb, Müəllif Hüquqları Agentliyinin fəaliyyətini yüksək dəyərləndiriblər.

Daha sonra agentliyin eksperti Elşad Əlili “Ararat mifologiyası və onun erməni tarixçiliyində rolu barədə” mövzusunda məruzə ilə çıxış edib.

Mövzular ətrafında müzakirələr aparılıb, təkliflər bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb