Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib [YENİLƏNİB] VİDEO

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 8-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin

çıxışı

-Hörmətli səfirlər, mən sizin hamınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə ürəkdən təbrik edirəm. Ramazan ayında bizim görüşlərimiz gözəl ənənəyə çevrilibdir. 

Mən şadam ki, müsəlman ölkələrinin səfirliklərinin sayı Azərbaycanda artır. Bu, bizim dostluğumuzu, həmrəyliyimizi göstərir. Xahiş edirəm ki, Ramazan ayının başlaması münasibətilə mənim salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.

Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri vardır. Biz həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlıq edirik. Əminəm ki, bu əməkdaşlıq gələcək illərdə daha da dərinləşəcək. Müsəlman ölkələri ilə əməkdaşlıq bizim xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Respublika Gününə həsr edilmiş rəsmi qəbulda xarici siyasət prioritetləri haqqında danışarkən mən bu məqamı xüsusi qeyd etmişdim. Biz, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik və daim bir-birimizi dəstəkləyirik. Biz həmişə BMT-də Azərbaycan ilə bağlı məsələlər müzakirə olunarkən müsəlman ölkələrinin dəstəyini hiss edirik və öz növbəmizdə həmişə BMT-də müsəlman ölkələrini dəstəkləyirik. Aprel ayında İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşündə də biz bir daha bu həmrəyliyi nümayiş etdirmişik. Bildiyiniz kimi, Zirvə Görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi sənəd qəbul edilmişdir, aprel ayında Azərbaycana qarşı törədilən erməni təxribatı pislənilmişdir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradılmışdır. Biz bu addımları çox yüksək qiymətləndiririk və bütün bunlara görə müsəlman ölkələrinə minnətdarlığımızı bildiririk.

Bildiyiniz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması region üçün böyük təhlükədir. Bizə qarşı ədalətsizlik törədildi, torpaqlarımızın təxminən 20 faizi işğal altındadır və 1 milyondan çox qaçqın-köçkün bu münaqişədən əziyyət çəkir. Ermənistan bizə qarşı etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımı törədilmişdir. İşğal edilmiş torpaqlarımızda bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Məscidlərimizin böyük hissəsi dağıdılıb, qalan yarıdağılmış məscidlərdə ermənilər hərbi qərargahlar yaratmışlar. Bu barədə bu yaxınlarda xarici jurnalistlər də məlumat vermişlər və fotomateriallar təqdim etmişlər. Bununla bərabər, Ermənistanın rəhbərliyi Avropa ölkələrində olarkən daim münaqişə ilə bağlı həm təhrif edilmiş məlumatları ötürür, eyni zamanda, bu münaqişəyə dini don geyindirməyə çalışır. Bir çox hallarda Ermənistan rəhbərliyi qeyd edir ki, onlar bu çətin coğrafi vəziyyətdə - üç müsəlman ölkəsinin əhatəsində xristian dəyərlərini müdafiə edirlər. Bu, böyük riyakarlıqdır. Siz - Azərbaycanda yaşayan insanlar yaxşı bilirsiniz ki, Azərbaycanda dini, milli zəmində heç vaxt heç bir münaqişə, yaxud da ki, anlaşılmazlıq olmamışdır. Azərbaycanda məscidlərlə bərabər, kilsələr, sinaqoqlar tikilir. Erməni kilsəsi şəhərin mərkəzində toxunulmaz olaraq qalır və eyni zamanda, Azərbaycan dövləti o kilsənin təmirinə vəsait ayırıbdır. Ona görə Ermənistan prezidentinin və digər şəxslərin belə ucuz, nalayiq çıxışları, əlbəttə, bir daha demək istəyirəm ki, riyakarlığın təzahürüdür. Bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi müsəlman ölkələrinə düşmən gözü ilə baxır, əks təqdirdə, belə cəfəng bəyanatlar verməzdi. Amma bununla bərabər, öz çirkin niyyətlərini pərdələmək üçün beynəlxalq arenada cəhdlər göstərir ki, müsəlman ölkələri ilə sıx əlaqələr qursun. Mən əminəm, müsəlman ölkələrinin rəhbərliyi və ictimaiyyəti kifayət qədər məlumatlıdır ki, Ermənistan İslam abidələrini dağıdıb, məscidlərimizi təhqir edib və Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün cəhdlər göstərir.

Bir sözlə, bütün müsəlman aləmi həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə, həm də bütün başqa məsələlərlə bağlı birlik, həmrəylik nümayiş etdirməlidir. Azərbaycan İslam həmrəyliyinin güclənməsi üçün çox böyük səylər göstərir, ciddi addımlar atır. Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran islamofobiyaya qarşı çox ciddi mübarizə aparır. Biz açıq şəkildə müxtəlif səviyyələrdə, ən yüksək səviyyələrdə bu məsələ ilə bağlı öz sözümüzü deyirik, islamofobiyanı pisləyirik və öz nümunəmizi təqdim edirik. İslamofobiya həm müsəlman ölkələri və xalqları, eyni zamanda, bu çirkin meyillərə rəvac verənlər üçün də təhlükədir. Bu, qarşıdurmanı daha da dərinləşdirir, qarşılıqlı inamsızlığı artırır. Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi, sülh şəraitində yaşayırlar. Biz qardaşlıq, dostluq şəraitində yaşayırıq. Nümayiş etdiririk ki, multikulturalizm dəyərləri yaşayır və yaşamalıdır. Bildiyiniz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. BMT-nin Sivilizasiyalar Alyansının bu il Azərbaycanda Qlobal Forumunun nəticələri bir daha onu göstərir ki, Azərbaycan bu yolda çox böyük uğurlara imza atıb.

Ötən il Bakıda birinci Avropa Oyunları keçirildi, gələn il isə İslam Həmrəylik Oyunları keçiriləcək. Əminəm ki, İslam Həmrəylik Oyunları tarixdə təkcə idman yarışı kimi qalmayacaq. Biz istəyirik ki, İslam Həmrəylik Oyunları gələn il bütün dünyaya nümayiş etdirsin ki, İslam aləmi birliyə, sülhə, sabitliyə çağırır. Eyni zamanda, əminəm ki, bu Oyunlar İslam mədəniyyətinin təzahürü olacaqdır.

Həmrəylik Oyunlarından bir il sonra - 2018-ci ildə qədim Azərbaycan şəhəri Naxçıvan İslam mədəniyyətinin paytaxtı elan olunacaq. Bir neçə il bundan əvvəl Bakı bu şərəfli ada layiq görülüb. İndi isə Naxçıvan bu şərəfli missiyanı icra edəcək.

Bir sözlə, bir daha qeyd etmək istəyirəm ki, biz Azərbaycanda çalışırıq ki, İslam ölkələri arasındakı birliyi daha da gücləndirək. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

Bir daha sizi salamlayıram və sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun.

X X X

Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən HAMİ çıxış edərək dedi:

-Zati-aliləri cənab Prezident.

Bizi qəbul etdiyinizə görə Sizə çox təşəkkür edirik. Biz - müsəlman ölkələrinin səfirləri və müvəqqəti işlər vəkilləri Sizə müqəddəs Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularımızı bildirmək istərdik. Allah Sizi, ailənizi və qardaş Azərbaycan xalqını qorusun! Biz, həmçinin fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını müstəqilliyinizin bərpa olunmasının qarşıdan gələn 25-ci ildönümü münasibətilə təbrik edirik.

Onu da demək lazımdır ki, biz uzun müddət ərzində Azərbaycanın müxtəlif sahələrdə böyük inkişafını məmnuniyyətlə izləmişik və hazırkı qlobal iqtisadi vəziyyətə baxmayaraq, ölkənizin iqtisadiyyatı artmaqda davam edir. Azərbaycan iqtisadiyyatına olan etimad hər zaman eyni səviyyədədir və hətta artmaqdadır. Sizin müdrik rəhbərliyiniz ilə hökumət vəziyyətə daha yaxşı nəzarət etmək üçün işləyir. Bir çox sahələrdə layihələrin həyata keçirilməsi uğurla davam edir. İnfrastruktur inkişaf edir və bütün layihələrin icrası bir neçə il ərzində başa çatacaq.

Zati-aliləri, təxminən bir həftədən sonra Bakı “Formula-1” Qran-prisinin şahidi olacağıq. Gələn il Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. 2012-ci ildə Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi və 2015-ci ildə birinci Avropa Oyunları təşkil olundu. Bu, çox böyük nailiyyətdir. Bütün bunlar Azərbaycanın zəngin mədəniyyətinə və sivilizasiyasına sadiqliyi nümayiş etdirməklə bərabər, ölkənin müasirləşdirilməsi ilə bağlı möhtəşəm plan kimi qəbul olunur. Azərbaycan balanslaşdırılmış diplomatik davranışı formalaşdıran müdrik xarici siyasət sayəsində inkişaf edir. Bu, mehriban qonşuluq və münaqişələrin sülh yolu ilə həlli prinsiplərində öz əksini tapıb. Bizim ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatının üzvləri olaraq bir daha Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edir, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə tam əməl olunması ilə həllinin tərəfdarıdır.

Zati-aliləri, icazə verin, bir daha Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına inkişaf və firavanlıq arzulayım. Zati-aliləri, təşəkkür edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib [YENİLƏNİB] VİDEO

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya