Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Büdcə təşkilatları tərəfindən xərclənmiş vəsaitlərin hesabatlılığı tam təmin edilməlidir

Büdcə təşkilatları tərəfindən xərclənmiş vəsaitlərin hesabatlılığı tam təmin edilməlidir

Vüqar Gülməmmədov: Maliyyə intizamının gücləndirilməsinin yolu dövlət satınalmalarında qiymətlərin düzgün müəyyənləşdirilməsindən və rəqabət mühitinin yaradılmasından keçir

Bakı, 4 iyul, AZƏRTAC

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması dövlət büdcəsinin gəlirlərinin formalaşdırılmasını və icrasını mürəkkəbləşdirib. Bu da öz növbəsində büdcə vəsaitlərindən maksimum qənaətlə və daha səmərəli istifadə olunması məsələsini aktuallaşdırıb. Hesablama palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-ın müxbirinin bununla bağlı suallarını cavablandırır.

-Vüqar müəllim, Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsinin icrasına dair müzakirələrdə deputatlar fikir bildirərkən əsasən Hesablama Palatasının müvafiq rəyinə istinad edirdilər. Bu rəyin mötəbərliyi nə ilə bağlıdır?

-İlk olaraq qeyd edim ki, dövlət büdcəsinin icrası ilə bağlı rəyin hazırlanması sonrakı audit olaraq hər bir dövlətin Ali Audit Qurumunun (AAQ) əsas funksiyalarındandır. Auditin təməl prinsiplərini müəyyən edən Lima Bəyannaməsində qeyd edilir ki, AAQ tərəfindən ilkin auditin keçirilib-keçirilməməsi hər bir ölkənin hüquqi şəraiti və şərtləri, o cümlədən tələbləri ilə müəyyən olunur, sonrakı audit isə bundan asılı olmayaraq AAQ-ın mütləq vəzifəsidir. Hesablama Palatası bu beynəlxalq normaya uyğun və milli qanunvericilik aktlarının tələblərinə müvafiq qaydada öz rəyini Milli Məclisə təqdim edib. Rəyin hazırlanmasında Hesablama Palatası rəsmi dövlət qurumlarının müxtəlif hesabat və məlumatlarından, keçirilmiş nəzarət tədbirlərinin nəticələrindən istifadə etməklə yanaşı, bir sıra nüfuzlu beynəlxalq maliyyə institutlarının hesabatlarının təhlilinə də geniş yer ayırıb. Rəydə, həmçinin dövlət vəsaitlərinin icrası ilə bağlı bu təhlillərə əsaslanan nəticələr əksini tapıb. Bu baxımdan Milli Məclisin deputatlarının beynəlxalq təcrübəyə uyğun olaraq və dövlət büdcəsinin icrası haqqında daha geniş informasiya verən rəyə istinad edərək müzakirə aparması təbiidir. 2015-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının rəyinin analoji rəylərlə müqayisədə bir fərqli cəhəti də qurumların büdcə vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlarının təhlilinə də geniş yer verilməsidir.

Burada əsas məqsəd hesabat ilində icra edilmiş vəsaitlərin istiqamətləri və icrası vəziyyətinin büdcənin icrası ilə bağlı rəy verilməsi üçün Milli Məclis tərəfindən təqdim edilmiş hesabatla uzlaşdırılmasıdır. Məhz bu məqam, sizin də qeyd etdiyiniz kimi, rəyə daha çox müraciət edilməsini əsaslandırır. Digər tərəfdən, belə yanaşma ölkə rəhbərinin “maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir” tələbinə müvafiq olaraq büdcə vəsaitlərinin icrası haqqında daha çox məlumatın ictimaiyyət üçün əlçatanlığını təmin edir.

-2015-ci il dövlət büdcəsinin icrası son illərlə müqayisədə mürəkkəbləşib və gəlirlərin icrası proqnoz göstəricilərdən aşağı olub. Yəqin ki, bu, əsasən dünya neft bazarında yaranmış vəziyyətlə bağlıdır. Bəs digər daxilolmaların icrasında nə kimi nəticələr qeydə alınıb?

-Son beş ildə ilk dəfə olaraq hesabat ilində dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə az icra edilib. Gəlirlərin nəzərdə tutulmuş məbləğlə müqayisədə 90,0 faiz səviyyəsində icra olunmasının və əvvəlki illərlə müqayisədə azalmaların əsas səbəbi neftin qiymətinin proqnoz göstəricisindən 40,4 faiz az olması, nəticədə dövlət büdcəsinə daxilolmaların 84,3 faizini təşkil edən Dövlət Neft Fondundan daxilolmaların 78,3 faiz səviyyəsində yerinə yetirilməsidir. Bu, əvvəlki illə müqayisədə 12,9 faiz aşağı göstəricidir. Digər daxilolmalara gəlincə, Vergilər Nazirliyi və Gömrük Komitəsi üzrə isə nəzərdə tutulmuş məbləğ 2014-cü illə müqayisədə artımla və proqnozun 100,1 faizi səviyyəsində icra edilib. Ayrı-ayrı tədiyyə növlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, proqnozlar 7 mənbə üzrə 100,0 faizdən çox, 4 mənbə üzrə 100,0 faiz səviyyəsində, 5 mənbə üzrə isə kəsirlə yerinə yetirilib.

-Dövlət büdcəsinin xərcləri ilə bağlı hansı məqamları qeyd etmək istərdiniz?

-Dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasına rəy tərtib edilməsi üçün təqdim edilmiş hesabat və müvafiq qanun layihəsinə görə, 2015-ci ilin dövlət büdcəsinin xərcləri 21100,0 milyon manata qarşı 84,3 faiz səviyyəsində icra edilib. İcra prosesini xarakterizə edən birinci məqam vəsaitlərin il boyu xərclənmə ardıcıllığı ilə bağlıdır. Hesabat ilində ümumi xərclərin 48,2 faizi ilin birinci yarısında, 51,8 faizi isə ikinci yarımillikdə, ümumi büdcə xərclərinin 31,6 faizi isə hesabat ilinin sonuncu rübündə icra olunub. İkinci məqam il ərzində aparılmış dəyişikliklərlə bağlıdır. Belə ki, dövlət büdcəsinin icrası haqqında hesabata əsasən 2015-ci ildə dövlət büdcəsinin funksional təsnifatının bölmələrinin bir neçəsi üzrə təsdiq edilmiş büdcə ayırmaları həddində köməkçi bölmələr səviyyəsində dəyişikliklər olunub. Nəzərəçarpacaq dəyişikliklər “Təhsil” və “Mənzil və kommunal təsərrüfatı” bölmələrində edilib.

Təhlil göstərir ki, funksional təsnifat üzrə il ərzində aparılmış dəyişikliklər əsasən vəsaitlərin konkret icraçılar və tədbirlər üzrə daha ünvanlı istiqamətlərə yönləndirilməsi istiqamətində olub.

Diqqət yönəltmək istədiyimiz digər bir məqam isə birdəfəlik təyinatlı xərclərlə bağlıdır. Dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş məlumatların təhlili hesabat ilində cəmi xərclərin 10,3 faizinin konkret istifadəçisi əks etdirilməyən birdəfəlik təyinatlı vəsaitlərdən ibarət olduğunu göstərir. Məlumat üçün qeyd edim ki, birdəfəlik təyinatlı xərclər dedikdə proqnozlaşdırılması çətinlik törədən amillərin təsirinin nəzərə alınması və il ərzində maliyyələşməsində problemlər yaranmaması məqsədilə konkret icraçılar üzrə deyil, ümumi təyinatlı xərclər kimi proqnozlaşdırılan vəsaitlər nəzərdə tutulur.

-Qeyd etdiniz ki, 2015-ci ildə büdcə xərcləri 84,3 faiz səviyyəsində icra olunub. İcra edilməyən vəsaitlər əsasən hansı istiqamətləri əhatə edib?

-2015-ci il üçün dövlət büdcəsinin təsdiq edilmiş büdcə xərclərinin 3315,5 milyon manatı və ya 15,7 faizi icra olunmayıb. Həmin vəsaitlərin istiqamətlərinə gəldikdə isə, icra edilməmiş məbləğin 58,8 faizi “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin, başqa sözlə, investisiya xərclərinin, 10,4 faizi isə “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsinin, xüsusilə də bu bölmədə ehtiyat fondlarının payına düşüb. İqtisadi təsnifat üzrə isə 2015-ci ildə dövlət büdcəsinin icra edilməmiş məbləğində qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclərin xüsusi çəkisi 60,5 faiz, əsaslı təmir və sair xərclərin payı 23,9 faiz təşkil edib.

Ümumiyyətlə formalaşma mənbələrinə görə icra edilməyən vəsaitləri iki qrupa bölmək olar: verilmiş maliyyələşmədən istifadə edilməyərək geri qaytarılan vəsaitləri və ümumiyyətlə, maliyyələşdirilməyən xərclər. Birinci qrupa ştatlarda olan vakansiyalar hesabına və dövlət satınalmalarında yaranan qənaət, xərclərin keyfiyyətli sənədləşməməsi səbəbindən xəzinədarlıq orqanları tərəfindən qəbul edilməyən, planlaşdırma prosesində artıq nəzərdə tutulan və digər bu kimi xərclər aid edilir. İkinci qrupa isə zəruri olmayan xərclər və təsdiq olunmuş planla müqayisədə açılmayan maliyyələşmələr daxildir. Bu isə dövlət büdcə xərclərin idarə edilməsi ilə bağlı məsələdir və xərclərin dövlət büdcəsinin mədaxilinə uyğunlaşdırılmasına, dövlət büdcə kəsirinin artmamasına və xərclərin optimallaşdırılmasına xidmət edir.

-Hesablama Palatası həm fəaliyyəti haqqında hesabatda, həm də icraya dair rəydə dövlət satınalmaları haqqında məlumatları əks etdirib. Bu, yəqin ki, məsələnin xüsusi əhəmiyyət daşıması ilə əlaqədardır.

-Elədir. Dövlət satınalmaları büdcə xərclərində iqtisadi münasibətlərin tənzimlənməsi rolunu oynamaqla xüsusi əhəmiyyətə malikdir. Başqa sözlə, rəqabətli mühitin formalaşdırılması ilə bazar iştirakçılarına bərabər şərtlərin yaradılması, nəticədə isə sahibkarlığın inkişafına nail olunması baxımından satınalmalar AAQ-ların nəzarət obyektidir. Hesablama Palatası da dövlət vəsaitlərinin istifadəsi ilə bağlı həyata keçirdiyi nəzarət tədbirlərində və təhlillərdə bu sahəni həmişə diqqətdə saxlamağa çalışır.

Fəaliyyətlə bağlı hesabatlarda müəyyən edilmiş nöqsanlar barədə daha geniş məlumat verilib. Belə ki, satınalma metodlarının tətbiq edilməməsi, həmçinin birmənbədən satınalma üsuluna üstünlük verilməsi tez-tez rast gəlinən hallardandır. Eyni zamanda, qeyd etmək lazımdır ki, nəzarət obyektləri üzrə məlumatların təhlili bir mənbədən satınalma metodunun tətbiq edildiyi bütün satınalma müqavilələrinin 46,9, əhatə edilmiş cəmi vəsaitin isə 94,5 faizinin məhz tikinti sahəsinə aid olduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında satınalmaların, xüsusilə tikinti sahəsində satınalmaların şəffaf və rəqabətli şəraitdə təşkili ilə bağlı tapşırıqlar verib. Eyni zamanda, dövlətimizin başçısı bu ilin aprel ayında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə inzibati və cinayət məsuliyyəti müəyyən edən qanun layihələrinin hazırlanması ilə bağlı Sərəncam da imzalayıb. Bu, satınalmalar sahəsinə diqqətin təzahürü olmaqla yanaşı, icraçılar tərəfindən daha məsuliyyətli yanaşmanın zəruriliyini göstərir.

Onu da qeyd edim ki, Hesablama Palatası Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın Dövlət Satınalma Müqavilələrinin auditi üzrə Xüsusi İşçi Qrupunun üzvüdür və bu il iyunun 23-24 tarixlərində Bakıda həmin Qrupun III toplantısı keçirilib. Səkkiz ölkədən nümayəndələrin iştirak etdikləri toplantıda bu sahədə rast gəlinən problemlər və həll yolları müzakirə olunub. Hesab edirik ki, dövlət satınalmalarının auditi üzrə belə müzakirələr qabaqcıl təcrübənin tətbiqi istiqamətində mühüm addımdır. Dövlət satınalmalarında ehtimal olunan qiymətin düzgün müəyyənləşdirilməsi və rəqabət mühitinin yaradılması maliyyə intizamının gücləndirilməsində mühüm rol oynayır. Burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, əvvəlki illərin təcrübəsi ilin birinci yarısı ilə müqayisədə ikinci yarısında aparılmış satınalmaların sayının daha çox olduğunu göstərir.

-Dövlət büdcəsinin kəsiri də mühüm iqtisadi kateqoriya sayılır və onun maliyyələşməsi iqtisadi tarazlığa təsir edən amillərdəndir. Bu sahədə respublikamızda hesabat ilində vəziyyət necə olub?

-Dövlət büdcəsinin kəsiri büdcə xərclərinin gəlirlə təmin olunmayan hissəsidir. Təcrübədə büdcə kəsirinin yaranması səbəblərinə ölkədə istehsalın həcminin azalması, dövlət büdcəsi xərclərinin strukturunun qeyri-rasional olması, qeyri-məhsuldar xərclərin həcminin böyüklüyü, inflyasiya, irrasional vergi sistemi, əhalinin həyat səviyyəsinin aşağı düşməsi və s. aid edilir. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi kəsirinin yuxarı həddi 1662000,0 min manat məbləğində təsdiq edilmişdi. Qənaətli yanaşmanın tətbiqi nəticəsində gəlirlərin icra səviyyəsinin xərclərin icra səviyyəsindən çox olması ilin sonuna kəsirin 286570,5 min manat məbləğində olması ilə nəticələnib və ÜDM-in 0,52 faizi həcmində olub.

Kəsrin maliyyələşmə mənbəyi də vacib iqtisadi faktordur. Büdcə kəsirinin maliyyələşdirilməsinin iki növü mövcuddur: şəxsi və cəlb edilmiş vəsaitlər. Şəxsi vəsaitlərə dövlətin mülkiyyətində olan əmlakın özəlləşdirilməsindən daxilolmalar daxildir ki, bunlar da bir qayda olaraq qaytarılmamaq şərtilə istifadə edilir. Cəlb edilmiş vəsaitlər isə müvəqqəti maliyyə resursları kimi qaytarılmaq şərtilə istifadə edilir. Eyni zamanda, cəlb edilmiş vəsaitlər dövlət borcunun tərkib komponentinə çevrilir. Daxili borcun tərkib komponentlərinə dövlət istiqrazları, dövlət daxili uduşlu istiqrazlar, xarici borca isə xaricdən alınmış kreditlər aid edilir. Bəzi dövlətlər bu istiqamətdə xarici borclanmadan aktiv istifadə edir, digər qrup ölkələr isə iqtisadi aktivliyi stimullaşdırmaq üçün daxili borclanmaya üstünlük verir.

Son illər respublikamızda büdcə kəsirinin bağlanılması əsasən vahid xəzinə qalığı hesabına həyata keçirilir. Bu isə xəzinə qalığının bir növ “maliyyə təhlükəsizliyi yastığı” rolunu oynadığını göstərir.

Kəsirin maliyyələşmə mənbələri üzrə 2015-ci ilin sonuna 1,4 milyard manat məbləğində vahid büdcə qalığından 285,6 milyon manat vəsait yönəldilib. Bu istiqamətdə bir məsələyə diqqət çəkmək istərdik. Belə ki, 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi 29000,0 min manat məbləğində nəzərdə tutulmuş özəlləşdirmədən daxilolmalar üzrə 4910,8 min manat və ya 16,9 faiz az vəsait daxil olub. Proqnoz göstəricisinin yerinə yetirilməməsi əsasən investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından daxilolmaların nəzərdə tutulduğundan az icra edilməsi ilə əlaqədar baş verib. Cari ildə bu sahədə analitik təhlil işlərinin aparılmasına başlanılıb.

-Büdcə təşkilatlarından icra ilə bağlı hesabatların alınması hansı zərurətdə irəli gəlir?

-Beynəlxalq təcrübədə dövlət auditinin əsas üsullarından biri məhz maliyyə hesabatlarının auditidir, başqa sözlə, audit olunan obyektin maliyyə hesabatlarının, mühasibat uçotunun təşkilinin və maliyyə vəziyyətinin qiymətləndirilməsidir. Burada başlıca məqsəd, əvvəldə də qeyd etdiyim kimi, dövlət büdcəsinin icrası ilə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanından daxil olmuş və büdcə təşkilatlarından alınmış maliyyə hesabatlarının üzləşdirilməsidir.

Bu, bütün dünyada tətbiq edilən bir təcrübədir: büdcə təşkilatlarının xərclədikləri vəsaitlərə dair hesabatları dövlət xəzinədarlıq orqanlarının təqdim etdiyi hesabatlar vasitəsilə yoxlanılır, kənarlaşmalar müəyyənləşdirilir və AAQ-ın tərtib etdiyi rəydə bu barədə məlumat verilir.

2015-ci il dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş rəydə vəsaitlərin icrası istiqamətləri üzrə daha dolğun məlumatların əldə edilməsi məqsədilə büdcə vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlara istinad edilib və bu məqsədlə 113 qurum üzrə məxfi xərclər istisna olmaqla 5791,8 milyon manat məbləğində vəsait təhlillə əhatə olunub. Biz növbəti ildə dövlət büdcəsindən vəsait alan bütün təşkilatlardan hesabat almağı planlaşdırırıq. Bu, xərclənmiş vəsaitin uçotunun dəqiq və şəffaf olması baxımından mütləqdir.

-Rəyə nəticələr və təkliflər də daxil edilib. Dövlət büdcəsinin icrası ilə bağlı ümumi nəticələrə toxunduq. Bəs Hesablama Palatasının təklifləri hansı istiqamətləri əhatə edib?

-Rəydə müxtəlif istiqamətlər üzrə ümumilikdə 19 təklif əksini tapıb. Buraya vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi dərəcələrinin optimallaşdırılması, vergidən yayınma hallarının minimuma endirilməsi, vergitutma bazasının genişləndirilməsi, xarici kapitalın cəlb edilməsi üçün əlavə tədbirlərin görülməsi, həmçinin vəsaitləri dəyərsizləşməkdən qorumaq və dövlət büdcəsinə əlavə gəlir gətirmək məqsədilə vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi prosesinin əsaslı surətdə korreksiya edilməsi daxildir. Həmçinin postneft dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertlər nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin və kəsirinin müəyyənləşdirilməsi, icraçı təşkilatlar üzrə dövlət borcunun qaytarılmasının müvafiq müddət üzrə tənzimlənməsi, vaxtında müvafiq müdaxilələrin edilməsi, dövlət istiqrazlarının yerləşməsi üzrə əsas borc ödənişinin geri qaytarılmasının büdcənin mədaxilinin azalması hesabına həyata keçirilməsi, büdcə ili ərzində cəlb ediləcək dövlət borcu ilə bağlı konkret hədlərin müəyyənləşdirilməsi, həmçinin dövlət borcunun idarə edilməsi sahəsində strategiyanın hazırlanması məqsədəmüvafiq hesab edilib.

Ümumiyyətlə, qeyd edim ki, hər bir təklif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş prioritetlərə nail olunmasına yönəlib. Belə ki, ölkə rəhbəri çıxışlarında Dövlət Neft Fondunun vəsaitinin qoruması, vergi bazasının genişləndirilməsi, qeyri-formal iqtisadi fəaliyyətin leqal müstəviyə gətirilməsi, gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması ilə bağlı konkret tapşırıqlar verib.

-Mövcud şərait gəlirlərin artırılması ilə yanaşı, xərclərə dair də tələblər qoyur. Bununla bağlı nə deyə bilərsiniz?

-Təkliflərin müəyyən hissəsi məhz xərclərlə bağlı olub. Belə ki, rəydə dövlət büdcəsinin cari xərclərinin (müdafiə olunan xərclər istisna olmaqla) azaldılması, o cümlədən idarəetmə xərclərinin məhdudlaşdırılması, Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərə yenidən baxılması, tənzimləyici normativlərin hazırkı dövrün tələbləri nəzərə alınmaqla əsaslı surətdə təkmilləşdirilməsi, illik amortizasiya normalarının dövlət büdcəsindən subsidiya alınması məqsədi üçün zərər hesablanılarkən nəzərə alınmaması ilə bağlı təkliflər əksini tapıb. Mən yenə də cənab Prezidentin dövlət büdcəsinin xərcləri ilə bağlı tapşırıqlarını qeyd etmək istərdim.

Dövlətimizin başçısı gələcəkdə xüsusilə hər bir layihəyə, onun əhəmiyyətinə baxıldıqdan sonra qərarların qəbul edilməsi, dövlət sərmayəsinin ölkəyə tez bir zamanda gəlir gətirə və idxalı əvəzləyə biləcək sahələrə qoyulması, israfçılığa, izafi xərclərə yol verilməməsi, cari xərclərimizin qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılması ilə bağlı mühüm tapşırıqlar verib.

Diqqətinizi, eyni zamanda, rəydə əksini tapmış təkliflərin digər bir qrupuna yönəltmək istərdim.

Şəffaflığın artırılması və hesabatlılığın gücləndirilməsi büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tələb edir. Bu baxımdan rəydə dövlət büdcəsinin xərclərinin inzibati təsnifatı üzrə icrası ilə bağlı müddəanın əlavə olunması, ilin sonuna istifadə edilməyən vəsaitlər üzrə halların büdcə qanunvericiliyində konkret müəyyənləşdirilməsi və növbəti ilin dövlət büdcəsinin xərclərində nəzərə alınması, dövlət büdcəsinin icrası ilə bağlı hesabatlara büdcə gəlirlərinin maddələr səviyyəsində və gəlirlərin icrasının təmin edən qurumlar üzrə icra göstəricilərinin, həmçinin dövlət büdcəsi xərclərinin icrası məbləğinin funksional təsnifatın paraqraflar səviyyəsində təqdim olunması, dövlət əsaslı vəsait qoyuluşunun icrası ilə bağlı təqdim edilən məlumatlarda bu vəsaitlərdən büdcə ssudasının qaytarılmasına yönəldilmiş məbləğlər haqqında məlumatların ayrıca qeyd olunması təklif edilib. Təkliflərin hazırlanmasında məqsəd dövlətimizin başçısının maliyyə nəzarətinin gücləndirilməsi, xüsusilə Hesablama Palatasının fəaliyyətinin səmərəli təşkili, büdcə vəsaitlərin qənaətlə xərclənməsi istiqamətində tapşırıqlarının vaxtında və tam şəkildə icra olunmasıdır.

-Sonda Hesablama Palatasının cari ilin 6 ayı üzrə fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verməyinizi xahiş edirik.

-Hazırda nəzarət tədbirləri ilə müəyyən edilmiş nöqsanların təsnifləşdirilməsi və icmallaşdırılması prosesi gedir. Ötən dövrlərlə müqayisədə biz bu istiqamətdə yeni yanaşma tətbiq etməyi nəzərdə tuturuq. Maliyyə pozuntularının təsnifatı və ümumi uçotu aparılmaqdadır və sonra da ayrı-ayrı funksional istiqamətlər üzrə təhlillər həyata keçiriləcək və iyul ayının ikinci ongünlüyündə bu barədə məlumat ictimaiyyətə çatdırılacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar