TARİXDƏ BU GÜN


9 YANVAR

A+ A

1792-ci il. Osmanlı İmperiyası ilə Rusiya İmperiyası arasında 1787-ci ildə başlanan müharibə 1792-ci ildə Yassı sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Nəticədə Rusiya Qara dənizdə mövqeyini möhkəmləndirdi. Osmanlıların isə həm Balkanlarda, həm də Qafqazda mövqeyi zəiflədi. Bu müharibənin nəticəsi olaraq Osmanlı İmperiyasında dağılma prosesi başladı.
2007-ci il. Stiv Cobs San-Fransiskoda iPhone smartfonunu ictimaiyyətə təqdim etdi. Bu smartfon üç cihazın – “iPod”, “İnqilabi mobil telefon” və “İnkişaf etmiş internet smartfon”un funksiyalarını özündə birləşdirir. Nüfuzlu “Time” jurnalı Stiv Cobsun “Biz telefona ikinci həyat verdik” sözlərini təsdiqləyərək 2007-ci ildə bu smartfonu ilin ixtirası adlandırıb.

 

2016–cı il. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi Zəlimxan Yaqub vəfat edib (1950-2016). Xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradan Zəlimxan Yaqubun rəngarəng mövzulu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq Azərbaycan ədəbiyyatında yeni söz kimi qəbul edilib. Onun qəhrəmanlıq ruhu, vətənpərvərlik hissi, azərbaycançılıq məfkurəsi ilə aşılanmış əsərləri əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir. Zəlimxan Yaqubun aşıq yaradıcılığını dərindən bilməsi və onu bütün incəlikləri ilə qavraması şeirlərinin lirizmini daha da qüvvətləndirib. Şairin əsərləri bir çox dillərə tərcümə olunub və sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
17.01.2017 [09:00]
16.01.2017 [09:00]
15.01.2017 [09:00]
14.01.2017 [09:00]