DÜNYA


ABŞ Dövlət Departamenti 1953-cü ildə İranda baş vermiş dövlət çevrilişi haqqında sənəd yayıb

Tehran, 17 iyun, AZƏRTAC 

ABŞ Dövlət Departamenti 1953-cü ildə İranda baş vermiş dövlət çevrilişi haqqında sənəd yayıb.

İran mətbuatının məlumatına görə, bu sənəd baş vermiş çevrilişin arxasında ABŞ-ın dayandığını göstərir. Sənədə görə, həmin dövrdə İranın Baş naziri Məhəmməd Mosəddeqi devirib yerinə “sözəbaxan” birini gətirmişdilər. Çevrilişə səbəb isə ondan ibarət idi ki, M.Mosəddeq İranın neft sənayesini milliləşdirmək istəyirdi.

M.Mosəddeq Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edərək Qərb şirkətləri ilə imzalanmış neft müqavilələrinin ləğv edilməsi haqqında iddia qaldırmışdı. Beynəlxalq məhkəmə İranın haqlı olduğunu bildirmiş və Baş nazirin iddiasını təmin etmişdi. Məhz bundan sonra ABŞ İranda dövlət çevrilişi hazırlayıb həyata keçirmişdi.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.