CƏMİYYƏT


ABŞ-ın “Eurasia Review” jurnalında Bakı Slavyan Universiteti haqqında məqalə dərc olunub

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

ABŞ-ın tanınmış “Eurasia Review” analiz və yeniliklər jurnalinda Bakı Slavyan Universiteti (BSU) haqqında geniş məqalə dərc olunub. Məqalənin müəllifi Birləşmiş Ştatlarda Latın Amerikası məsələləri üzrə araşdırmaları ilə tanınan tədqiqatçı alim və jurnalist Peter Teyzdir.

“Bakı Slavyan Universiteti 70 illik yubileyinə hazırlaşır” adlı məqalədə universitetin tarixindən söz açılır. Bildirilir ki, BSU qısa müddətdə inkişaf edərək Avrasiya məkanında aparıcı təhsil ocaqlarından biri kimi formalaşıb. Bu gün onu nadir ali təhsil müəssisəsi adlandırmaq olar. Burada slavyan ölkələrinin və xalqlarının adət-ənənələri, mədəniyyətləri, dil və ədəbiyyatı öyrədilir. Slavyan ölkələrinin tədqiqi sahəsində aparıcı olan universitet yüksəkixtisaslı müəllimləri, akademik səviyyəsi, müasir texnologiya ilə təchizatı baxımından fərqlənir.

Universitetin fəaliyyəti haqqında söhbət açan müəllif ali təhsil ocağının rektoru, professor Nurlana Əliyevanın aşağıdakı fikirlərinə yer verir: “Son illərdə BSU adi təhsil müəssisəsi olmaqdan çıxıb, daim öz taktikasını və rolunu təkmilləşdirməklə regionda slavyan filologiyası və mədəniyyətini öyrənən yeganə elmi mərkəzə çevrilib”.

Peter Teyz universitetin nüfuzunun ildən-ilə artdığını və dünyanın tanınmış liderlərinin dəfələrlə BSU-nun qonağı olduğunu diqqətə çatdırır.

Məqalənin sonunda müəllif universitetin bu gün Avropanın bir çox ali təhsil müəssisələri ilə sıx əlaqə saxladığını qeyd edir. O, BSU-nun hazırda multikulturalizm üzrə tədqiqatların da mərkəzi olduğunu vurğulayır. Müəllif fikrini belə yekunlaşdırır: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasətin önündə gedən elmi mərkəzlərdən biri və birincisi BSU-dur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.