İQTİSADİYYAT


“AGBank” öz Visa kartları ilə müştərilərə xüsusi endirimlər təklif edir

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

“AGBank” öz Visa kartları ilə müştərilərə xüsusi endirimlər təklif edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, “AGBank”ın Visa Gold kart sahiblərinə “United Colours of Beneton”, “BCBGMAXAZRIA”, “OVS Italian Fashion” mağazalarında 15 faizədək endirim təklif olunur. Həmçinin müştəriləri dünyaca məşhur “Accessorize” akssesuarlar mağazasında da 15 faiz endirim gözləyir. Həmişə gözəl görünməyə üstünlük verənlərə isə “Beauttech” gözəllik salonunda bütün xidmətlərə 10 faiz endirim təklif edilir.

Visa İnfinite kart sahiblərinə isə “Hackett London”, “Iceberg İtalyan Moda Bebe”, “Tara Jarmon” mağazalarında 15 faiz endirim təklif edilir. Bu kartın istifadəçiləri “Xalca Restaurant & Lounge” restoranında 15 faiz endirim qazanacaqlar. Kino həvəskarlarına isə bütün seanslara 7,5 faiz güzəşt təqdim olunur.

Visa Platinum kart sahibləri “Optimal Electroniks” mağazalarında alış-verişi Visa İnfinite plastik kartı ilə edərkən, 20 faiz endirim əldə edə bilərlər. Dəblə geyinməyi sevən “AGBank”ın Visa Platinum sahiblərinə isə “Coast London”, “Juicy Couture”, “Coccinelle” mağazalarında 15 faiz endirim təklif olunur. Dincəlmək və nahar etmək arzusunda olanları isə “Espressamente” restoranında 15 faiz endirim gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.