İQTİSADİYYAT


“ALBUKART”ın əlavə üstünlükləri

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

“Bakcell” şirkəti və “Unibank” birgə təqdim etdikləri “ALBUKART” adsız debet kartının əlavə üstünlüklərini açıqlayıb.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, indi cəmi 3 AZN ödəməklə 18 yaşına çatmış istənilən şəxs kampaniya çərçivəsində “ALBUKART” əldə edərək aşağıdakı üstünlükləri qazanacaq - SMS bankinq xidmətinə pulsuz qoşulma, nağdlaşdırma komissiyası cəmi 1 faiz, kart əldə edərkən ona bağlı nömrəyə “Bakcell”dən 50 dəqiqə şəbəkə daxili danışıq hədiyyə ediləcək.

“ALBUKART”la “Bakcell” nömrəsinin balansına yüklənən hər 5 AZN üçün karta bağlı nömrəyə “Bakcell” tərəfindən 30 dəqiqə şəbəkədaxili danışıq hədiyyə ediləcək.

Kartı “Unibank”da ada rəsmiləşdirməklə həm karta yerləşdirilən vəsaitə illik 6 faizədək depozit faizi, həm də kartın istifadə imkanlarından daha çox faydalanmaq fürsəti olacaq.

Alış-veriş zamanı 20 faizədək cashback (ödənişin müəyyən məbləğinin geri qaytarılması) təmin olunacaq.

Xatırladaq ki, “ALBUKART” adsız debet kartı bazarda ilk unikal kartdır ki, bankda hesab açmadan anonim şəkildə maliyyə xidmətlərindən istifadə etmək üçün fərqli imkanlar yaradır. Kart sahibini dünyanın istənilən ölkəsində plastik ödəmə kartlarını qəbul edən bütün satış nöqtələrində alış-veriş zamanı nağd ödəmə yükündən azad edir və bir sıra üstünlüklər verir. Karta vəsaiti istənilən vaxt “Unibank”ın cash-in ATM-ləri və eManat ödəmə terminalları vasitəsilə yükləmək olar.

“ALBUKART”ı “Unibank”ın Bakı filialları və “Bakcell”in xidmət mərkəzlərinə müraciət edərək 3 AZN-ə əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.