REGİONLAR


AMEA-nın Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib

Naxçıvan, 6 dekabr, AZƏRTAC

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Məhəmməd ağa Şahtaxtlının publisistikası” monoqrafiyasının və bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Maarif fədaisi: Həsən bəy Qazıyev” adlı kitabının təqdimatı olub.

AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan elmində, təhsilində, dövlət quruculuğunda, mətbuat tarixində çox böyük xidmətləri olmuş Şahtaxtinisklərin ayrı-ayrı nümayəndələri haqqında araşdırmalar aparıldığını vurğulayıb. Akademik Şahtaxtinsklər barədə məlumatların arxivlərdən, ayrı-ayrı şəxslərdən toplanılan materiallar əsasında öyrənildiyini, kitablar, monoqrafiyalar, məqalələr yazılaraq geniş ictimaiyyətə təqdim edildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il fevralın 27-də “Məhəmməd ağa Şahtaxtlının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” Sərəncamı təkcə böyük naşir, publisist Məhəmməd ağa Şahtaxtlının deyil, bütün Şahtaxtinskilər nəslinin öyrənilməsi sahəsində mühüm mədəni-ictimai hadisə idi. Sərəncamdan irəli gələn vəzifə kimi, Naxçıvan şəhərindəki kitab evinə görkəmli maarifçi-publisist Məhəmməd ağa Şahtaxtlının adı verilib, xatirəsi əbədiləşdirilib. Əbülfəz Quliyevin monoqrafiyası da bu sərəncamın icrası istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biridir.

İsmayıl Hacıyev bölmənin Rəyasət Heyətinin qərarı ilə nəşr olunan “Maarif fədaisi: Həsən bəy Qazıyev” adlı yeni tədqiqat əsərinin də elmi dəyərindən bəhs edərək bildirib ki, kitab Azərbaycan Respublikasının Əməkdar Müəllimi Həsən bəy Qazıyevin İrəvan quberniyası və Naxçıvandakı pedaqoji fəaliyyətini işıqlandırır. Müəllif tərəfindən Həsən bəy Qazıyevin bir maarif xadimi kimi xidmətləri aşkara çıxarılır, araşdırılır və dəyərləndirilir.

Təqdimat mərasimində AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Məhəmməd ağa Şahtaxtlının publisistikası haqqında mükəmməl tədqiqat əsəri”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyevin “Görkəmli pedaqoq Həsən bəy Qazıyev haqqında ilk tədqiqat əsəri” mövzusunda məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.