CƏMİYYƏT


ANAMA: Ağdam rayonunda top və tank mərmisi aşkarlanıb

Bakı, 16 iyun, AZƏRTAC

Ağdam rayonunda partlamamış hərbi sursatlar aşkarlanıb. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Məlumata görə, iyunun 15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən Agentliyə Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub. Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

ANAMA-nın mütəxəssisləri tərəfindən həmin kənddə rabitə xəttinin çəkiləcəyi əraziyə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 122 millimetrlik top mərmisi (OF-56-1) və 1 ədəd 125 millimetrlik tank mərmisi (OF-26) aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş sursatların ətrafında 9 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.