İQTİSADİYYAT
ARDNF Çin yuanında investisiya prosesinin birinci hissəsində dövlət istiqrazlarına investisiya yatırmağı planlaşdırır
Bakı, 26 may, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Çin yuanında investisiya prosesinin birinci hissəsində Çinin dövlət istiqrazlarına investisiya yatırmağı planlaşdırır. Bəzi texniki məsələlər həll edildikdən sonra artıq tez bir zamanda birbaşa investisiyaya keçilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın sualını cavablandıraraq ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, Çin Xalq Bankından Çinin maliyyə bazarlarına investisiya etmək üçün 3 milyard Çin yuanı (təxminən 500 milyon ABŞ dolları) həcmində investisiya edilməsi üçün tərəflər arasında müqavilə artıq imzalanıb. Eyni zamanda, səhmlərə investisiyaların edilməsi imkanları da ARDNF tərəfindən araşdırılır. Bununla bağlı hər iki ölkənin müvafiq qurumları arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Növbəti addım zəruri kvota və lisenziyanın alınmasıdır ki, bu proses də müəyyən zaman ala bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]