Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ARDNŞ-in Rumıniya nümayəndəliyi 50 böyük xarici investor arasında üçüncü yeri tutur

ARDNŞ-in Rumıniya nümayəndəliyi 50 böyük xarici investor arasında üçüncü yeri tutur Buxarest, 19 sentyabr (AZƏRTAC). Azərbaycan Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov “Əsrin müqaviləsi”nin 20-ci ildönümü və nümayəndəliyin fəaliyyəti ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Sentyabrın 20-də Azərbaycanda “Əsrin müqaviləsi”nin 20-ci ildönümü tamam olunur. Azərbaycanın neft-qaz sənayesi tarixində yeni səhifə açmış bu müqavilə barədə nə deyə bilərsiniz?

- Sualı cavablandırmazdan öncə yaxın keçmişə nəzər salmaq istərdim. Sovetlər İttifaqı dağıldıqdan sonra 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Həmin ərəfədə gənc respublikada ayrı-ayrı şəxslər və qruplar arasında kreslo davası gedirdi. Ölkədə sabitlik pozulmuş, kəskin hakimiyyət böhranı yaranmışdı. Ermənilərin hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğalı, daxildə vətəndaş müharibəsi təhlükəsinin yaranması, separatçılıq meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulmasına gətirib çıxara bilərdi.

Vətənin bu ağır günündə xalq Heydər Əliyevi Bakıya dəvət etdi. Çox qısa zaman ərzində ümummilli lider Heydər Əliyev ölkədəki xaos və anarxiyaya son qoydu, real təhlükələri sovuşdurdu, Azərbaycanı inkişaf yoluna çıxardı.

Qeyd edim ki, müstəqilliyin ilk illərində respublikamızda digər sahələrlə yanaşı, neft sənayesində də durğunluq hökm sürürdü. Ölkə iqtisadiyyatını dirçəltmək üçün ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi, xarici iş adamları və beynəlxalq neft şirkətləri ölkəmizə dəvət olundu. Onlarla aparılan çətin, öz növbəsində uğurlu danışıqlar 20 il bundan əvvəl “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın inkişaf etmiş ölkələrinin tanınmış neft şirkətləri arasında müqavilə imzalanması ilə nəticələndi. “Əsrin müqaviləsi” ilk növbədə ulu öndərin Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və cəsarəti sayəsində reallığa çevrildi.

“Əsrin müqaviləsi”nin onuncu ildönümünün keçirilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı xatırlatmaq istəyirəm. Sərəncamda deyilirdi: “Xalqımızın yaddaşında əbədi yaşayacaq bu tarixi hadisə müstəqilliyini bərqərar edən Azərbaycan Respublikasının öz sərvətlərinə tam sahib olduğunu dünyaya bir daha əyani şəkildə bəyan etdi”. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, eləcə də Azərbaycanın müstəqil dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına şərait yaratdı.

- ARDNŞ-in Rumıniyada nümayəndəliyinin yaranması və bu illər ərzində fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Dörd il əvvəl Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimindəki çıxışında qeyd etmişdi ki, “Bu gün Dövlət Neft Şirkəti nəinki regionda, dünya miqyasında çox böyük nüfuza malik olan beynəlxalq səviyyəli şirkətdir. Məqsədimiz məhz ondan ibarətdir ki, SOCAR - Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq səviyyəyə çıxsın”.

Bu gün fəxrlə demək olar ki, SOCAR artıq Cənubi Qafqaz regionunun ən iri və aparıcı şirkəti olmaqla yanaşı, bir çox beynəlxalq layihələrin müəllifinə çevrilib. Xüsusilə vurğulamaq istəyirəm ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə şirkət qısa zamanda çox böyük uğurlara imza atıb və bu proses hazırda da davam edir. Son illər ARDNŞ-in təsisçiliyi ilə birgə müəssisələr, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlər və treydinq ofisləri yaradılıb, 14 nümayəndəlik açılıb. ARDNŞ-in Rumıniya nümayəndəliyi 2007-ci ildə fəaliyyətə başlayıb. Qeyd etmək istərdim ki, Rumıniya Azərbaycanın karbohidrogen ehtiyatlarının Şərqi və Mərkəzi Avropa, eləcə də Balkan ölkələri bazarına çıxışı üçün körpü rolunu oynayır.

ARDNŞ-in Rumıniya nümayəndəliyi ötən müddət ərzində ölkə bazarında layiqli yer tutmaqdadır. 2011-ci ildə təsis edilmiş ARDNŞ törəmə müəssisəsi olan “SOCAR Petroleum SA” şirkətinin əsas fəaliyyət sahəsinə neft məhsullarının topdan və pərakəndə satışı, “SOCAR” brendi altında yanacaqdoldurma məntəqələrinin və digər neft-qaz infrastrukturlarının tikintisi daxildir. SOCAR-ın Rumıniya bazarlarında neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirməsi şirkətimizin növbəti uğuruna yol açıb. Rumıniya ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin şəbəkəsi ilbəil genişlənir. Sentyabrın 17-də Rumıniyanın Macarıstanla sərhədində yerləşən Arad şəhərində “SOCAR” brendi altında fəaliyyət göstərən sayca 30-cu yanacaqdoldurma məntəqəsinin açılışı olub.

Qarşıya qoyulan əsas məqsədlərdən biri Rumıniyanın bütün regionlarını əhatə etməklə bu məntəqələrin sayını 100-ə çatdırmaq və beləliklə, ölkə bazarının 10 faizinə sahib olmaqdır. Bu gün fəxrlə demək olar ki, artıq Azərbaycanın üçrəngli bayrağı paytaxt Buxarestdə də dalğalanır.

Onu da əlavə edim ki, Rumıniya Ticarət Qeydiyyat İdarəsinin açıqladığı məlumata görə, 2014-cü ilin birinci yarısında Rumıniyaya xarici investorlar tərəfindən 1,5 milyard avro sərmayə yatırılıb. ARDNŞ-in Rumıniya nümayəndəliyi 50 böyük xarici investor arasında üçüncü yerdə qərarlaşıb. Bu bizim üçün böyük fəxrdir.

Nümayəndəliyimiz mütəmadi olaraq dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirir, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparır, Rumıniya və qonşu ölkələrdə keçirilən beynəlxalq enerji sammitlərində, neft-qaz konfransları və sərgilərində fəal iştirak edir.

- Bəs nümayəndəlik ölkənin sosial-mədəni həyatında necə iştirak edir? Azərbaycanın təbliği, rumın ictimaiyyətinə daha yaxından tanıdılması istiqamətində nə kimi işlər görürsünüz?

- 2012-ci ildən başlayaraq nümayəndəliyimiz Rumıniya İqtisadiyyat Akademiyası ilə birgə “SOCAR üstünlük təqaüdləri” tədris proqramını reallaşdırır. Belə ki, SOCAR-ın Rumıniyada, eləcə də Şərqi Avropa ölkələrində uzunmüddətli biznes layihələri maliyyə, bank, sığorta, marketinq və mühasibat üzrə gənc mütəxəssislərə ehtiyac yaradıb. Artıq bir neçə ildir ki, qeyd olunan proqram çərçivəsində akademiyanın təhsildə yüksək nəticələr qazanan və şirkətimizin elan etdiyi müsabiqədə qalib gələn üç tələbəsinə tədris ili ərzində ayda 100 avro olmaqla “SOCAR” təqaüdü verilir.

Mart ayının 17-də Buxarestdə Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının təşkilatçılığı və SOCAR-ın Rumıniya Nümayəndəliyinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi və Novruz Bayramı münasibətilə rəsmi tədbir keçirilib. Tədbirdə qonaqlara Naxçıvan Muxtar Respublikasının tarixi, keçdiyi mürəkkəb və çətin və inkişaf yolu, bugünkü uğurları barədə məlumat verilib.

Artıq üçüncü ildir ki, ənənəvi olaraq may ayının 10-da ARDNŞ-in Rumıniya Nümayəndəliyinin təşkilatçılığı ilə Buxarestdə “Heydər Əliyev Kuboku” mini futbol turniri keçirilir. Turnir Azərbaycan və Rumıniya gəncləri arasında münasibətlərin gücləndirilməsinə, eləcə də ölkəmizlə bağlı təbliğat işinin yüksək səviyyədə aparılmasına xidmət edir.

Bildiyiniz kimi, sentyabr ayının 18-də ARDNŞ-in Rumıniya Nümayəndəliyinin təşəbbüsü ilə Buxarestdə “Əsrin müqaviləsi”nin 20 illiyi və Neftçilər Günü ilə bağlı tədbir təşkil edilib. Qonaqlara “Əsrin müqaviləsi”nin ölkəmiz üçün əhəmiyyəti, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycanın enerji siyasəti, neft-qaz sahəsində ölkəmizin son 20 ildə əldə etdiyi uğurlar, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qardaş Türkiyədə və digər ölkələrdə həyata keçirdiyi irimiqyaslı layihələr barədə geniş məlumat verilib.

- Azərbaycan və Rumıniya arasında möhkəm strateji əlaqələr mövcuddur. Bu əlaqələrin enerji sektorunda gələcəyini necə təsəvvür edirsiniz?

- Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra ölkələrimiz arasında münasibətlər yeni müstəvidə inkişaf etməyə başlayıb. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ulu öndər Heydər Əliyevin 1995-ci ildə Buxarestə ilk rəsmi səfəri ilə ikitərəfli münasibətlərin əsası qoyulub. Daha sonra prezidentlər İlham Əliyev və Trayan Baseskunun qarşılıqlı səfərləri bu münasibətlərin inkişafına yeni təkan verib.

Azərbaycan və Rumıniya Xəzər dənizi və Qara dəniz regionlarını birləşdirən nəqliyyat, enerji (Azərbaycan-Gürcüstan-Rumıniya İnterkonnektor - AGRİ və iqtisadi layihələri dəstəkləyir.

2013-cü ilin iyun ayında Xəzər dənizinin “Şahdəniz” yatağının ikinci fazasından hasil olunacaq qazın Avropaya birbaşa nəqli üçün TAP layihəsi seçilib. Gələcəkdə Azərbaycanın digər yataq və strukturlarından hasilatın başlanılması ilə Mərkəzi və Şərqi Avropa ölkələrinə alternativ qaz kəmərləri layihələri nəzərdən keçirilə bilər. Bu baxımdan Rumıniya ilə əlaqələr də geniş perspektivə malikdir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir

Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Livanda qeyd edilib

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib

CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?