İDMAN
AZAL futbol komandası növbəti yoldaşlıq oyununu keçirib
Bakı, 26 yanvar, AZƏRTAC
Təlim-məşq toplanışını Bakıda davam etdirən AZAL futbol komandası növbəti yoldaşlıq oyununu keçirib.
Komandadan AZƏRTAC-a bildiriblər ki, komanda rəsmi oyunlar öncəsi son sınaqda “Şuşa” ilə qarşılaşıb. “AZAL Arena”da keçirilən görüş heç-heçə yekunlaşıb - 1:1. Matçda hesabı rəqib komanda açsa da ev sahibləri son dəqiqədə bərabərlik qolunu vurublar. Kərim Diniyevin cərimə zərbəsindən sonra top heç kimə toxunmayaraq qapıya daxil olub.
AZAL əvvəlki 4 matçda 2 heçə-heçə (“Qaradağ Lökbatan” - 2:2, “Sumqayıt” - 0:0) və 2 qələbə (“Sumqayıt” - 1:0, “Bakı” - 1:0) əldə etmişdi. Komanda bununla qış təlim-məşq prosesini başa vurub. Sabah istirahət edəcək komanda üzvləri bazar ertəsindən XIX turda qarşılaşacağı “Neftçi” ilə görüşün hazırlıqlarına başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [21:19]
Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib
- 10.05.2024 [19:39]
Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb
- 10.05.2024 [19:11]
İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu
- 10.05.2024 [18:32]
Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim
- 10.05.2024 [18:21]
İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
- 10.05.2024 [18:14]
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
- 10.05.2024 [17:57]