İQTİSADİYYAT


AZAL və "Ural Hava Yolları" Qəbələ-Moskva aviareysinin kod-şerinqi barədə razılığa gəliblər

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 31-dən etibarən “Azərbaycan Hava Yolları” (AZAL) və Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birgə reysləri yerinə yetirməyə başlayacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, birgə istismar haqqında sazişə (code-share agreement) əsasən, “Ural Hava Yolları”nın bu hava xətti ilə reyslər hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək. Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birbaşa uçuşlar hər həftənin bazar günləri yerinə yetiriləcək.

“Domodedovo” (DME) Beynəlxalq Hava Limanından uçuş Moskva vaxtı ilə səhər saat 11:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə yerli vaxtla saat 15:15-də baş tutacaq. Qəbələdən uçuş isə saat 16:25-də, “Domodedovo” Hava Limanına enmə yerli vaxtla saat 18:20-də həyata keçiriləcək.

Qeyd edək ki, Qəbələdən Moskvaya reyslər biznes və ekonom salonlu “Airbus A320” laynerləri ilə həyata keçiriləcək.

Aviabiletləri AZAL-ın kassalarında əldə etmək və www.azal.az saytında bronlaşdırmaq mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+994 12) 598-88-80, *8880 telefon nömrələr və [email protected] elektron ünvanı ilə əlaqə saxlamaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.