İQTİSADİYYAT
AZPROMO rəhbəri İstanbulda WAIPA-nın XXI dünya investisiya konfransında iştirak edib
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov İstanbulda İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) XXI dünya investisiya konfransında iştirak edib.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, konfransa dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, investisiya təşviqi agentlikləri, özəl sektor təmsilçiləri və investisiya siyasəti ilə məşğul olan mütəxəssislər qatılıblar. Konfrans çərçivəsində xaricə birbaşa investisiyaların təşviqi, informasiya-kommunikasiya texnologiyalarının investisiya xidmətlərinin genişləndirilməsində əhəmiyyəti və investisiya yatırımı üçün vacib olan amillərin təhlili mövzusunda debatlar keçirilib.
Qeyd edək ki, Rüfət Məmmədov WAIPA-nın vitse-prezidentidir.