CƏMİYYƏT


“Abituriyent” jurnalının dördüncü nömrəsi nəşr olunub

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının dördüncü nömrəsini nəşr edib.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu dərc olunub. Bu nömrədə, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elanı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul qaydaları, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları, Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə kursant qəbulu qaydaları və digər zəruri materiallar təqdim edilib.

Ötən ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları da “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.