CƏMİYYƏT
Ədliyyə naziri tərəfindən Ucar rayonunda vətəndaşların qəbulu keçiriləcək
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 13-də Ucar rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 153) keçiriləcək qəbulda Ucar, Göyçay və Ağdaş rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 383-89-92), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Ucar rayon Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.