CƏMİYYƏT


Ağcabədi rayonunun Hacılar kəndində partlamış raketin qalıqları aşkar edilib

A+ A

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri iyulun 3-də Ağcabədi rayonunun Hacılar kəndində əkin sahəsində partlayış yerinə baxış keçiriblər.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə bir ədəd partlamış raketin (“9M22U” qrad) qalıqları aşkar edilərək götürülüb. Ümumilikdə altı min kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə aprelin 7-dən iyulun 3-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 621 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, bir tibb məntəqəsinə, 29 fermaya, əkin sahələrinə və çaxır zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1566 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 POMZ-2, bir OZM-72 və tank əleyhinə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentliyin xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərlə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.