CƏMİYYƏT


Ağdam və Tərtərdə partlamış top  mərmilərinin qalıqları aşkar edilib

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 19-da bir əkin sahəsi və otlaq sahəsində altı partlayış yerinə baxış keçirib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, gün ərzində 14 min kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Mahrızlı kəndində bir əkin sahəsində üç partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları aşkarlanaraq götürülüb, 6.500 kvadratmetr ərazi yoxlanılıb.

Tərtər rayonunun Həsənqaya kəndində bir otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 7.500 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən avqustun 19-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, iki hərbi hissə, iki kənd qəbiristanlığı, beş kənd orta məktəbi, 1 tibb məntəqəsi, bir metal anbarı, 30 ferma, əkin sahələri, çaxır zavodu və çınqıl karxanası ərazisinə baxış keçirilib, 3.472 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), bir ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.