CƏMİYYƏT


Ağdamda partlamış top mərmilərinin, Tərtərdə isə hərbi sursatın qalıqları aşkarlanıb

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 12-də bir əkin sahəsində və bir otlaq sahəsində 7 partlayış yerinə baxış keçiriblər. Ağdam rayonunun Zəngişalı, Tərtər rayonunun Həsənqaya kəndlərində partlamış top mərmilərinin və hərbi sursatın qalıqları aşkar edilərək götürülüb. Gün ərzində yoxlanılan ərazi 15,9 min kvadratmetr təşkil edib.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, agentlik tərəfindən aprelin 7-dən avqustun 12-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində ümumilikdə 642 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, bir tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna və çınqıl karxanasına baxış olub. Nəticədə 3470 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 24 mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.