İDMAN


Ağır atletika yarışlarında 90 kiloqram çəki dərəcəsində Misir təmsilçisi çempion olub

Bakı, 17 may, AZƏRTAC

İslamiadanın ağır atletika yarışlarında 90 kiloqram çəki dərəcəsində qızıl medala toplam 224 kiloqram (99+125) nəticə ilə misirli Dina Bərəkət sahib olub.

AZƏRTAC xəbər verir ki, fəxri kürsüdə ikinci və üçüncü yerləri Kamerun təmsilçiləri tutublar. Gümüş medala 223 kiloqram (100+123) nəticə ilə Numbissi Mekunyi, bürünc medala isə 207 kiloqramı (87+120) ram edən Flore Um Albertine layiq görülüblər.

Azərbaycanı yarışda təmsil edən Fidan Əbdürrəhmanova bu çəki dərəcəsində yeddinci yeri tutub. Atletimiz birdən qaldırma hərəkətində 60, təkanla qaldırmada 70 kiloqramı başı üzərinə qaldırıb. Toplam 135 kiloqram nəticə əldə edən F.Əbdürrəhmanova medalçılar sırasına düşə bilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.