REGİONLAR
Ağsu: indiyədək 44 min 910 nəfər kütləvi pulsuz tibbi müayinədən keçib
Ağsu, 25 aprel, AZƏRTAC
Ağsu rayonunda əhalinin kütləvi pulsuz tibbi müayinəsi ilə əlaqədar fevralın 15-dən başlanan aksiya müvəffəqiyyətlə davam edir.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən reallaşan bu humanist aksiya çərçivəsində 18 yaşdan yuxarı 54 min 114 nəfər tibbi müayinədən keçiriləcək. Artıq indiyədək 44 min 910 nəfər aksiyadan yararlanıb. Onlardan 5 min 111 nəfər ambulator, 239 nəfər stasionar müalicəyə cəlb edilib. 45 nəfərdə cərrahi əməliyyat aparılıb, 109 nəfər isə daha ətraflı müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib.
Qeyd edək ki, əhalinin kütləvi tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında və 10 həkim məntəqəsində aparılır. Xüsusi həkim briqadası müayinəyə gələ bilməyən yaşlı insanlara evlərində xidmət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [17:09]
Füzulidə “Dahi Şəxsiyyət” adlı sənədli film nümayiş olunub
- 10.05.2024 [15:58]
Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub
- 10.05.2024 [13:05]