SİYASƏT


Əhəd Qəzayi: Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməyi yaxşı bacaran nüfuzlu bir ölkədir

Tehran, 28 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev hər bir siyasi addımını vaxtında və dəqiqliklə atan dövlət xadimidir. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi dövlət başçısının vaxtında və dəqiqliklə atdığı addımlardan biridir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzayi deyib.

Əhəd Qəzayi bildirib ki, bu gün dünyada yaşayan bütün müsəlman xalqlarının birliyə və həmrəyliyə böyük ehtiyacı var. Xalqların yaxınlaşması və həmrəyliyi yalnız fayda verə bilər. Həmrəylik dostluğun və qardaşlığın əsasıdır. İslam Həmrəyliyi Oyunları bütün dünyaya müsəlmanların həmrəyliyini göstərəcək. Bu, İslam dininin və müsəlmanların neqativ obrazını yaratmağa çalışanlara tutarlı cavab olacaq.

“Mən bir müsəlman kimi bu təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”, - deyən Ə.Qazayi qeyd edib ki, Azərbaycan öz inkişafı ilə beynəlxalq səviyyəli həm idman, həm də siyasi tədbirlərə ev sahibliyi etməyi yaxşı bacaran nüfuzlu bir ölkəyə çevrilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.