Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Fəxrəddin Qədirov: Elmimizin dünyaya inteqrasiyasında “Azərbaycan geologiyası” kitabının böyük rolu olacaq

Bakı, 27 iyul, K.Əliyeva, AZƏRTAC

Alimlərimizin çoxillik zəhmətinin bəhrəsi olan “Azərbaycanın geologiya elmləri. Birinci cild: Geologiya” kitabı “Springer” beynəlxalq nəşriyyatı tərəfindən çap edilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və professor Lev Eppelbaumun həmmüəllifi olduqları kitabda Böyük və Kiçik Qafqaz, Talış dağları, Kür çayı və Xəzər dənizi hövzələri kimi unikal tektonik və geoloji şəraitə malik Azərbaycan geologiyası haqqında geniş məlumat təqdim olunur. Eyni zamanda, əldə edilmiş geoloji və geofiziki məlumatlara əsaslanaraq tədqiq olunmuş ərazidə Yerin təkamülü və həmin zonanın seysmik fəallığı təhlil edilir.

Yeni nəşrdə, həmçinin regionda geofiziki və geoloji tədqiqatların tarixinə xüsusi diqqət yetirilib. Stratiqrafik, maqmatik, geomorfoloji, litoloji, tektonik, neotektonik, geofiziki məlumatların inteqrativ analizi vasitəsilə Azərbaycanın yer səthi və dərin geoloji strukturunun kombinə və kompleks interpretasiyası təqdim olunub.

Kitabın müəlliflərindən biri, akademik Fəxrəddin Qədirov elmi ictimaiyyətin nəşrə olan marağını nəzərə alaraq əsər barədə AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- “Azərbaycanın geologiya elmləri. Birinci cild: Geologiya” kitabının “Springer” beynəlxalq nəşriyyatı tərəfindən çap olunması elmimiz üçün çox böyük hadisədir. Kitab haqqında məlumat verməyinizi xahiş edirik.

-Sovet dövründə Yer elmləri sahəsində Azərbaycanın beynəlxalq aləmə çıxması üçün böyük bir boşluq yaranmışdı. “Azərbaycanın geologiyası” kitabı ilk dəfə ötən əsrin 60-70-ci illərində “SSRİ-nin geologiyası” kitabının tərkibində təqdim edilmişdi. Amma həmin illərdən sonra Azərbaycanda yeni metodlarla çoxlu sayda tədqiqatlar aparılmış və onların heç biri kitablarda, monoqrafiyalarda dərc olunmamışdı. Bu tədqiqatlar yalnız məqalələrdə əksini tapırdı. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin bu məsələyə xüsusi diqqət göstərməsi elmi tədqiqatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində irəliləyişlərə səbəb oldu. Hələ 1990-cı illərdə Azərbaycan müstəqilliyini yeni bərpa elədiyi bir dövrdə akademik A.Əlizadə Azərbaycanın geologiyasının yeni nəşrinin hazırlanmasını qarşıya məqsəd qoydu. İnstitutumuzun bütün qabaqcıl alimləri bu işə qoşuldular və biz doqquz cilddən ibarət “Azərbaycan geologiyası” kitabını rus dilində nəşr etdirdik. Əlbəttə ki, bu da Azərbaycanda Yer elmləri sahəsində önəmli hadisə idi. Tezliklə bu çoxcildlik böyük əks-səda doğurdu, ona böyük tələbat yarandı və bu kitabdan post-sovet məkanında geniş miqyasda istifadə etməyə başladılar. Daha sonrakı dövrdə akademik A.Əlizadə bu nəşrin ingilis dilində buraxılması məsələsini qarşıya qoydu. Çünki bir çox xarici nəşrlərdə, kitablarda Azərbaycan alimlərinin xeyli işlərinin olmasına baxmayaraq onlara çox az istinadlar edilir. Bunun da əsas səbəbi ingilis dilində monoqrafiya və məqalələrin az olması idi. Biz 2008-ci ildən bu barədə düşünməyə başladıq və “Azərbaycanın geologiya elmləri” kitabının ingilis dilində variantını hazırladıq. Bu, ilkin variant idi və ona çoxlu sayda rəylər alınmışdı. “Springer” nəşriyyatında kitab çap etdirmək o qədər də asan məsələ deyil. Bu nəşriyyatda çapa təqdim olunan əsərdə göstərilən qrafiklərə, kəsilişlərə, xəritələrə, hər mətnə, hər sözün mənasına, istinadların olmasına çox ciddi yanaşılır. Minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, bu kitabın ərsəyə gəlməsində nəşriyyatdakı redaktorların çox böyük rolu olub. Onlar ingilis dilində olan bəzi anlaşılmaz hissələri yenidən işləmək üçün bizə göndərirdilər. Nəticədə, göründüyü kimi, çox gözəl, nəfis tərtibatlı bir kitab alınıb. Yeri gəlmişkən, bizə bu kitabın yazılmasında köməklik göstərən həmkarlarımıza - Massaçusets Texnologiyalar İnstitutunun professoru R.Reilingere, akademik A.İsmailzadəyə, AMEA-nın müxbir üzvləri T.Kəngərliyə, E.Əlizadəyə, Ə.Feyzullayevə, Q.Yetirmişliyə, Ç.Əliyevə və professorlar Y.İsrafilova, A.Muxtarova bir daha təşəkkürümüzü bildiririk.

- Nəşrdə geologiya elminin hansı istiqamətləri təqdim olunur? Azərbaycan elminin dünyaya inteqrasiyasında bu kitabın əhəmiyyəti barədə nə deyərdiniz?

-“Springer” nəşriyyatı “Regionların geologiyası” seriyasını buraxır. Burada da bir boşluq hiss olunurdu. “Azərbaycanın geologiya elmləri” bölməsi, demək olar ki, yox idi. Bunun nəticəsi olaraq, xarici mütəxəssislər Azərbaycanın geologiyası ilə bağlı gürcü, rus və erməni alimlərinə istinadlar edirdilər. Lakin indi bu istinadların ünvanı dəyişib və çox şadıq ki, artıq Azərbaycan alimlərinin yazdıqları kitablara birbaşa istinadlar olacaq. Bu kitabları əldə etmək üçün dünyanın müxtəlif ölkələrindən redaksiyaya və bizə artıq çoxlu sayda müraciətlər olub. Hesab edirik ki, bu, Azərbaycan elmi üçün uğurlu bir başlanğıcdır. AMEA Yer Elmləri Bölməsinin planında başqa monoqrafiyaların da ingilis dilində hazırlanıb çap edilməsi qarşıya məqsəd qoyulub. Nəşr olunmuş bu kitablarda geologiya, geofizika, tektonika, paleontologiya, stratiqrafiya üçün ümumiləşdirilmiş bir cild hazırlamışıq, lakin gələcəkdə bu sahələrin hər biri üzrə ayrıca monoqrafiyaların ingilis dilində hazırlanmasına artıq indidən başlamışıq. Bu da Azərbaycan elmi üçün çox böyük bir addım olacaq. Azərbaycanda müstəqilliyin bərpasından sonra elmə göstərilən dövlət qayğısı qarşımıza qoyduğumuz bu məqsədə də çatmağımız üçün böyük stimul yaradır. İndi bu bizim üçün o qədər də çətin deyil. Çünki hazırda ingilis dilini yaxşı mənimsəmiş çoxlu sayda aspirantlarımız, magistrlərimiz var. AMEA magistraturaya yalnız ingilis dilini bilənləri qəbul edir. Minimum imtahanlarında da xarici dili bilməklə bağlı böyük tələb qoymuşuq. Biz bunu ona görə edirik ki, artıq öz monoqrafiyalarımızla, məqalələrimizlə dünya elminə inteqrasiya edək. Tədqiqatlar aparıb nəticələri özümüzdə saxlamaq dünyada tanınmağımıza imkan vermir. Amma ingilis dilində monoqrafiyaların və məqalələrin çap olunması dünya elminə inteqrasiya olunmağımızın ən əsas şərtlərindəndir. İnanıram ki, nəinki Yer Elmləri Bölməsi, digər institutlar da bizim başladığımız bu işi davam etdirəcək və çox qısa zamanda AMEA-nın apardığı tədqiqatlara, Azərbaycan elmində, o cümlədən universitetlərdə aparılan tədqiqatlara dünya elmində böyük ehtiyac duyulacaq, onlara istinadlar çoxalacaq.

- “Azərbaycanın geologiyası” kitabının neçə cilddə hazırlanması nəzərdə tutulub?

-Kitab iki cilddən ibarətdir. Birinci cild, qeyd etdiyim kimi, geologiyaya həsr olunub. Burada əsasən geomorfologiya, stratiqrafiya, litologiya, maqmatizm, tektonika, neotektonika, palçıq vulkanizmindən bəhs edən hissələr yer alıb. Kitabın birinci cildi geologiya və ətraf mühit elmləri sahəsində fəaliyyət göstərən tədqiqatçılar üçün nəzərdə tutulub. Bundan əlavə, nəşr Azərbaycanda baş verən təbii hadisələr barədə məlumat almaq istəyən şəxslərin də köməyinə çatacaq. Bu kitab Böyük və Kiçik Qafqaz dağları, Talış dağları, Xəzər və Kür hövzələri də daxil olmaqla, unikal tektonik və geoloji quruluşu ilə xarakterizə olunan Azərbaycan geologiyasının çoxşaxəli və multidisiplinar perspektivlərini əhatə edir. Mühüm geoloji və geofiziki məlumatlar tədqiq olunan region çərçivəsində Yerin təkamül prinsipləri, seysmik fəallığı və faydalı qazıntı yataqlarının paylanmasını işıqlandırır. Xüsusi diqqət regionun geoloji və geofiziki tədqiqi tarixinə yönəldilib. Yalnız Rusiya və Azərbaycanda dərc edilən yox, həmçinin ümumilikdə yeni geoloji məlumatları birləşdirən stratiqrafik, maqmatik, morfoloji, litoloji, tektonik, neotektonik, geofiziki və digər məlumatların inteqrativ təhlili əsasında Azərbaycanın səthə yaxın və dərin geoloji strukturunun birgə, kompleks şərhi mümkün olub. Birinci cild geologiya və ekologiya elmləri ilə məşğul olan tədqiqatçılarla yanaşı, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın təbii fenomenləri, unikal geologiyası haqqında daha çox məlumat əldə etmək istəyən hər kəs üçün maraqlı ola bilər.

Nəşrə hazırlanan ikinci cild isə Azərbaycanın faydalı qazıntıları, neft-qaz sahələri və bu sahəyə aid olan tədqiqatlar, geodinamik tədqiqatları hövzə modelləşdirilməsi məsələləri, mühəndislik geoloji geofizikası məsələləri, ekologiya problemləri barədə məlumatları özündə cəmləşdirib.

Kitabın ikinci cildində faydalı qazıntılar, neft-qaz bölməsi, geodinamik məsələlər haqqında məlumatların verilməsi nəzərdə tutulur ki, bunların da ölkədə müxtəlif təşkilatların istifadəsi üçün faydalı olacağına inanırıq.

Belə ki, ikinci cild Azərbaycanın su ehtiyatları və əsas iqtisadi səmərəli yataqları haqqında icmalı təqdim edir, səthə yaxın və ətraf mühit xüsusiyyətlərinin və regionun tektonik-geofiziki zonallığının tədqiqi üçün geofiziki metodların (yerüstü, atmosfer, dəniz və kosmik) tətbiqini, eyni zamanda, hidrokarbon və filiz yataqlarının (polimetal, mis, qızıl tərkibli, dəmir filizi, maqnetit və s.) araşdırılması üçün dərin strukturların tədqiqini təsvir edir. Burada, xüsusilə Ərəbistan və Avrasiya litosfer plitələrinin qarşılıqlı əlaqəsinə aid regionda seysmik fəallığın geofizikasının müəyyənləşdirilməsinə yönəldilib. Kitab Azərbaycan yataqlarının kommersiya potensialında və palçıq vulkanizminin analiz edilməsi üçün müxtəlif geofiziki metodların (cazibə qüvvəsi, maqnit, seysmik, istilik, elektrik, elektromaqnit və s.) tətbiqində, yeraltı strukturun (hidrogeoloji problemlər, əvvəlki iqlim və arxeoloji tədqiqatların müəyyənləşdirilməsi daxil olmaqla) öyrənilməsində, tədqiq olunan regionun dərin tektonik-quruluş xüsusiyyətlərinin müəyyənləşdirilməsində, mədənçilik, neft və qaz geofizikası, 3D fiziki-geoloji modellərin və seysmoloji proqnozların inkişafında maraqlı olan alimlər, mühəndislər və tələbələr üçün nəzərdə tutulur.

-Kitabın müəllifləri barədə məlumat verməyinizi xahiş edirik.

-Kitab dörd müəllif tərəfindən birgə hazırlanıb. Nəşrdə müəlliflər haqqında qısa məlumat verilib. Akademik A.Əlizadə bu sahədə dünyada tanınmış alimdir, çoxlu əsərlərin müəllifidir. Rusiyanın bir sıra klassik dərsliklərində A.Əlizadənin paleotologiyada etdiyi kəşflər əksini tapib. Onun neft sahəsində də çox böyük tədqiqatları var. Həmçinin digər sahələrlə, o cümlədən Qafqazın tektonikası ilə də məşğul olub. İkinci müəllif dərində yerləşən neft yataqlarının öyrənilməsi, hövzə modelləşdirilməsi sahəsində və qazohidratlar sahəsində tanınmış alim, akademik İbrahim Quliyevdir. Üçüncü müəllif mənəm. Digər müəllif Lev Lev Eppelbaum əslən bakılıdır, vaxtilə bizimlə işləyib, indi isə İsrailin Təl-Əviv Universitetinin professorudur, Azərbaycanın geoloji-geofiziki sahələrinin öyrənilməsində çox böyük xidmətləri olub. Kitabın hazırlandığı müddətdə ayda heç olmasa üç gün toplaşır, fikirlərimizi müzakirə edirdik, daha sonra internet vasitəsilə müzakirələr aparırdıq. Bu kitabın yazılması heç də asan başa gəlməyib. Burda başqa tədqiqatçıların da əsərlərindən istifadə etməyimiz məsuliyyətimizi daha da artırırdı. Biz çalışmışıq ki, kitabın ədəbiyyat hissəsində də Azərbaycanda aparılan tədqiqatlara daha çox yer ayıraq. Hər ölkənin elmi reytinqi hesablananda bir çox amillər gözdən keçirilir. Bu amillərdən ən birincisi əsərlərə olan istinadlardır. Alimlərimizin işinə nə qədər çox istinad olarsa elmi cəhətdən reytinqimiz də bir o qədər yüksək olar. Prezident İlham Əliyev Azərbaycan alimləri qarşısında belə bir məqsəd qoyub ki, ölkəmiz iqtisadi cəhətdən bölgədə birinci olduğu kimi elm sahəsində də birinci olmalıdır. Şərqi Avropa ölkələri arasında Azərbaycanın reytinqi 2013-cü ildən bəri bir xeyli irəliləyib. Əminəm ki, ölkə Prezidentinin qarşımızda qoyduğu məqsədə çatmaqda “Springer” nəşriyyatında çapdan çıxan “Azərbaycanın geologiya elmi” kitabının da böyük rolu olacaq. AMEA–nın digər bölmələri də bu yolla getməlidirlər. Biz ingilis dilində çoxlu sayda məqalələr çap etdirməliyik. Eyni zamanda, bu məqalələr Azərbaycan dilində də elmi ictimaiyyətə təqdim olunmalıdır. Qeyd etmək istərdim ki, “Yer Elmləri Bölməsinin Xəbərləri” jurnalında iki versiyada yazılar verilir: Azərbaycan-rus dilləri versiyası və ingilis dili versiyası.

Akademik A.Əlizadə Azərbaycan tələbələrini də yaddan çıxarmır. Onun tapşırığı ilə biz qısa müddətdə üç cildən ibarət “Azərbaycan geologiyası” kitabını çap etdirib bütün universitetlərə paylamışıq. Həmin kitabın elektron variantını bəzi universitetlərin elektron kitabxanalarına hədiyyə etməyi də nəzərdə tutmuşuq. Əminliklə deyə bilərəm ki, bu istiqamətdə addımlarımız davam edəcək və gələcəkdə yeni monoqrafiyalarımız nəşr olunacaq.

“Azərbaycan geologiyası” kitabının ərsəyə gəlməsində əməyi olanlara dərin təşəkkürümü bildirirəm. İnanıram ki, elmimizin dünyaya inteqrasiyasında bu kitabın böyük rolu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır