MƏDƏNİYYƏT


Akademik Milli Dram Teatrı beynəlxalq festivalda çıxış edib

Bakı, 9 avqust, AZƏRTAC

Bolqarıstanın Varna şəhərində keçirilən Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təmsil edib.

AZƏRTAC xəbər verir ki, festivalda rejissor Anar Sadıqovun Əməkdar Artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş etdirilib.

Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edib. Tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti isə Firuzə Balayevadır. Tamaşanın zəngin səhnə dekorasiyası və aktyorun məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib.

Qeyd edək ki, festivala Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və digər ölkələrin təmsilçiləri də qatılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.