Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdirlər

Naxçıvan, 30 iyul, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir”.

Bu gün Əlahiddə Ümumqoşun Ordunun dağ şəraitində və yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılıb. Çətin dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmət edən əsgərlər torpaqlarımızı etibarlı qoruyur. Güclü maddi-texniki təminat, yüksək xidmət şəraiti və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır. Bu sahədə həyata keçirilən tədbirlər Şahbuz rayonunun yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrini də əhatə edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Batabat bölgəsindəki hərbi hissələrdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri əsgərləri salamlayıb, Azərbaycan-Ermənistan sərhədində xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkür edərək deyib: Bu gün Azərbaycan Respublikasının Prezidenti ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirir. Vaxtilə bu ərazilərdə əsgərlər çox ağır şəraitdə xidməti vəzifələrini yerinə yetirirdilər. Lakin ölkəmiz inkişaf etdikcə ordunun əsgəri-məişət şəraiti və silah-sursat təminatı da xeyli yaxşılaşdırıldı. Ucqar dağlıq ərazidə sizin üçün yaradılan xidməti şərait də ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Sosial-məişət problemlərinin həll olunması və hərbi hissələr üçün yaradılan şərait qarşıya bir vəzifə qoyur. O da xidməti vəzifələrini layiqincə yerinə yetirmək, vətən sərhədlərini və torpaqlarımızı etibarlı müdafiə etməkdən ibarətdir.

“Vətən o zaman vətən olur ki, o həm qorunur, həm də vətən torpağından səmərəli istifadə olunur”, - deyən Ali Məclisin Sədri bildirib ki, vətən torpağının qorunması, eyni zamanda, torpaqlardan səmərəli istifadə olunması bu gün ölkəmizin vətəndaşlarının və ordunun üzərinə düşən vəzifələrdir. Çünki sərhədlərimiz qorunursa, insanlar da öz vəzifələrini, işlərini rahat yerinə yetirə biləcəklər, öz zəhmətləri ilə ölkəmizin inkişafına töhfə verəcəklər. Əsgərlər xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə bu ərazilərdən səmərəli istifadə olunur. Xidmət olunan ərazilərdə heyvandarlar və arıçılar üçün əlverişli şərait vardır. Onlar burada rahat və təhlükəsiz şəkildə təsərrüfatları ilə məşğul olurlar. Birgə fəaliyyətin nəticəsi olaraq isə ölkəmiz abadlaşır, inkişaf edir.

Ali Məclisin Sədri şəxsi heyətin bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, xidmətin uğurla, qarşılıqlı hörmət və intizam əsasına başa vuracaqlarına əminliyini bildirib.

Əsgər Aydın Salmanov deyib ki, hərbi hissədə vətənpərvər, dövlətinə, xalqına sədaqətli gənclər xidmət edir. Əsgərlər yüksək döyüş qabiliyyətinə və mənəvi-psixoloji hazırlığa malikdir. Şəxsi heyət istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə qadirdir. Düşmənlə təmas xəttində xidmətin normal təşkili üçün yaradılan şərait əsgər və zabitlər tərəfindən razılıq hissi ilə qarşılanır. Onların məsuliyyətini daha da artırır. Eyni zamanda, bugünkü görüş əsgərləri qürurlandırır, onları vətənin keşiyində ayıq-sayıq dayanmağa sövq edir.

Sonra Ali Məclisin Sədri əsgərlərin məişət şəraiti ilə maraqlanıb.

Bildirilib ki, hərbi hissədəki binada idman zalı, tibb otağı, məişət guşələri, təlim sinfi, silah, ideoloji və ayrı-ayrı xidməti otaqlar və 2 əsgər yataqxanası vardır. Təlim sinfində əsgərlərə taktiki, kəşfiyyat, mühəndis, atəş, rabitə və tibbi hazırlıq, eləcə də hərbi topoqrafiya üzrə təlimlərin nəzəri əsasları öyrədilir. İdeoloji otaqda isə əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılıb, ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, stendlər, qəzet və jurnal materialları qoyulub. Binada taksofon quraşdırılıb. Əsgərlərin vaxtlı-vaxtında qidalanmasına xüsusi diqqət yetirilir. Bunun üçün anbarda kifayət qədər ərzaq ehtiyatı yaradılıb.

Baxış zamanı Ali Məclisin Sədri şəxsi heyətin mövsümə uyğun olaraq qidalanmasına, onların tibbi müayinədən keçirilməsinə və şəxsi heyət arasında səhiyyə maarifi işinin aparılmasına dair tapşırıqlar verib.

Sonra Ali Məclisin Sədri hərbi birləşmənin əhatə etdiyi postlarda olub, xidmətin təşkili ilə maraqlanıb.

Müşahidə məntəqəsində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mövqelərimizin vəziyyəti və taktiki şərait haqqında məlumat verib.

Qeyd olunub ki, bu gün sərhədlərdə etibarlı müdafiə sistemi qurulub, xidmət üçün zəruri olan hər bir şərait yaradılıb. Postlar ərazinin strateji əhəmiyyəti nəzərə alınaraq yerləşdirilib, lazımi yerlərdə müxtəlif mühəndis-istehkam qurğuları və maneələr yaradılıb, ön xəttin müdafiə qüdrəti xeyli gücləndirilib. Dayaq məntəqələri və postlar arasında yol və dayanıqlı rabitə əlaqələri yaradılıb, onların hər biri müasir döyüş texnikaları, artilleriya qurğuları ilə və atıcı silahlarla təmin olunub. Müşahidə zonasının daimi nəzarətdə saxlanması təmin edilib. Müasir müşahidə cihazları vasitəsilə qarşı tərəfin mövqeləri istənilən hava şəraitində müşahidə olunur.

Maddi-texniki təminatla yanaşı, yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin döyüş hazırlığına da diqqət yetirilir. Təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, hərbi intizamın daim möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması diqqətdə saxlanılır, əsgər və zabitlər xidməti vəzifələri şərəf və ləyaqətlə yerinə yetirirlər.

Ön xəttə yerləşən postlarda xidmət aparan əsgərlərlə görüşən Ali Məclisin Sədri deyib: Nizam-intizama ciddi riayət olunması və şəxsi heyət arasındakı qarşılıqlı hörmət hərbi xidmətin əsasını təşkil edir. Dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən bu hərbi hissələrdə xidmətin normal təşkili üçün hər cür şərait yaradılmışdır. Bu da xidmət apardığınız ərazilərə yaxın yaşayış məntəqələrində insanların rahat və təhlükəsiz yaşamasına imkan verir.

“Torpağı, vətəni qorumaq müqəddəs vəzifədir”, - deyən Ali Məclisin Sədri bildirib ki, cəsur Azərbaycan əsgəri ön xəttə xidməti nümunəvi təşkil etməklə bu vəzifənin öhdəsindən layiqincə gəlir. Onlar istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdirlər. Bu da ölkəmizdə həyata keçirilən ordu quruculuğu siyasətinin daha bir ifadəsidir.

Ali Məclisin Sədri xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkürünü bildirib.

Əsgərlərdən Hafiz Zeynallı, İbrahim Qocayev, Emin Məhərrəmli, Nurlan Xanbabalı və digərləri deyiblər ki, bu gün torpaqlarımız etibarlı qorunur. Əsgərlərdə böyük ruh yüksəkliyi vardır. Buna səbəb müstəqil Azərbaycanın inkişafı, ordumuzun qüdrəti və ölkəmizdə xalq-ordu birliyinin möhkəm olmasıdır. Yüksək zirvələrdə, düşmənlə üz-üzə təmas xəttində mətin və daim ayıq-sayıq dayanan Azərbaycan əsgəri dövlətin qayğısını daim öz üzərində hiss edir. Bugünkü görüş də əsgərləri ruhlandırır, onların əzm və iradəsini artırır. Əsgərlər hərbi xidmətin nümunəvi təşkili üçün yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Sonra Ali Məclisin Sədri əsgərlərlə xatirə şəkli çəkdirib.

Ön xətdəki postlarda xidməti və yaşayış binaları müasir tələblərə uyğun qurulub, şəxsi heyət üçün normal şərait yaradılıb. Bu da xidmətin daha səmərəli təşkilinə imkan verir.

Gətirilmiş müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilib.

Batabat yaylaqlarından səmərəli istifadə olunur

Muxtar respublikada insanlar harada yaşamasından asılı olmayaraq dövlətin qayğısını öz üzərində hiss edir, qurub-yaradır, təsərrüfatla məşğul olurlar. Səfalı yaylaqlarda oba quran kənd adamlarının xoş güzəranı bunu bir daha təsdiq edir. Obalarda təsərrüfatla məşğul olan insanlar təkcə uca dağların deyil, həm də hərtərəfli dövlət qayğısının əhatəsində yaşayırlar. Onlarla mütəmadi görüşlərin keçirilməsi, yaylaqlarda səyyar tibbi və iaşə xidmətlərinin təşkili muxtar respublikada insan amilinə göstərilən diqqətin ifadəsidir. 

İyulun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Batabat yaylaqlarına gəlib, burada məskən salan oba sakinləri ilə görüşüb.

Heyvandarlardan Mətləb Nəcəfov, Həsən İsmayılov, Elçin Əliyev və Abdulla İsayev oba sakinləri adından minnətdarlıq edərək deyiblər ki, bir zamanlar yaylaqlarda məskunlaşmaq insanlarda qorxu hissi yaradırdı. İndi isə vəziyyət tamam başqadır. Bu gün sərhədlərin etibarlı qorunması insanlara arxayınlıq, bu yerlərə isə yeni həyat bəxş edib. Yay aylarında obalara köç edənlərin sayı hər ötən il daha da artır. Kənd adamları dövlətin verdiyi kreditlərdən istifadə edərək təsərrüfatlarını genişləndirir, öz gün-güzəranlarını yaxşılaşdırırlar. Digər tərəfdən burada sakinlər mütəmadi olaraq tibbi müayinədən keçirilir. Baytarlıq və səyyar ticarət xidməti də hər birimizdə razılıq doğurur. Yaylaq sakinləri üçün yaradılan bu şərait insanları daha əzmlə çalışmağa sövq edir. Hər kəs məhsul istehsalını artırmaqla kənd təsərrüfatının inkişafına öz töhfəsini verməyə çalışır.

Oba sakinlərini salamlayan Ali Məclisin Sədri deyib: Ölkəmizdə kənd adamlarına, torpaq mülkiyyətçilərinə, heyvandarlıq və maldarlıqla məşğul olan sahibkarlara hərtərəfli qayğı göstərilir. Kənd adamlarının Batabat yaylaqlarından səmərəli istifadə etməsi, burada rahat və təhlükəsiz yaşaması üçün bütün şərait vardır. Çünki torpaqlarımız etibarlı müdafiə olunur. Eyni zamanda, buradakı ailələrə qayğı göstərilir, onların sağlamlıqlarının qorunması, öz təsərrüfatlarını genişləndirmələri diqqət mərkəzində saxlanılır. Bütün bu tədbirlər kənd adamlarının yaşayış səviyyəsini yaxşılaşdırmaqla yanaşı, həm kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, nəticədə isə ölkəmizin hərtərəfli inkişafına xidmət edir.

Ali Məclisin Sədri heyvandarlıqla məşğul olanlara bundan sonra da hərtərəfli qayğı göstəriləcəyini bildirib, onların ailə üzvlərinə və uşaqlara hədiyyələr təqdim edib, məişət şəraitləri ilə maraqlanıb.

Məlumat verilib ki, hazırda Batabat yaylaqlarında Şərur rayonunun Dizə, Babək rayonunun Cəhri, Gülşənabad, Şıxmahmud, Kəngərli rayonunun Çalxanqala, Xok və digər kəndlərindən olan 30-a yaxın ailə heyvandarlıqla məşğul olur. Ümumilikdə onların təsərrüfatında 10 mindən artıq xırdabuynuzlu heyvan və mindən artıq iribuynuzlu mal-qara saxlanılır. Oba sakinlərinə mütəmadi olaraq tibbi xidmət göstərilir. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları isə mütəmadi olaraq obalarda olur və yoluxucu xəstəliklərə qarşı tədbirlər görür, heyvandarlar arasında maarifləndirici söhbətlər edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qaxda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərindən danışılıb

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib  YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi İstanbulda ehtiramla anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş YENİLƏNƏCƏK

İki nəfərin göldə boğularaq ölməsi ilə əlaqədar Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Amerikalı mütəxəssisin AzMİU-da sərgisi açılıb

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Dörd ayda DSMF-nin xərcləri 267 milyon manat artaraq 2 milyard 271 milyon manat təşkil edib

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb

Dövlət Xidmətində bir qrup şəxsə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” medalı təqdim edilib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib  YENİLƏNİB

Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub

“Qafqazdan dünyaya doğan günəş” - tədbir

Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Qazaxıstanlı nazir: Bakı, Astana və Daşkənd energetika sistemlərinin inteqrasiyası layihəsi üzərində iş aparır

BDU tələbələrinin “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində uğuru

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Sadır Japarov: Qırğızıstandan gizli yolla qızıl çıxarılması barədə video saxtadır

Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini ehtiramla anıb

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

AZAL-ın kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsinə konsert proqramı təşkil olunub

Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNƏCƏK

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

BƏƏ mediası Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb VİDEO

Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər

MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib

Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb

Türk dillərinin qrammatikası üzrə əməkdaşlıq haqqında protokol imzalanıb

Azərbaycanda COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib

Budapeşt və Pekin beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıdır

Maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılıb

ÇXR XİN: Bayden Çin mallarına yeni rüsumlar planlaşdırmaqla Trampın səhvini təkrarlayır

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində seminar keçirib

Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb

Səfir: Hazırda türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı fəaliyyətimizi artıq həyata keçiririk

İlin ən yaxşı baş məşqçisi, futbolçusu və komandası adına namizədlər açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə mediada yayılan məlumatlara münasibət bildirib

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübündə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq