SİYASƏT


Aleksandr Lukaşenko: Referendum imtahanından yaxşı keçdiyinə görə Azərbaycan hakimiyyətini təbrik etmək istəyirəm

A+ A

Minsk, 28 oktyabr, AZƏRTAC

AZƏRTAC-ın xəbər verdiyi kimi, oktyabrın 28-də Belarusun paytaxtında Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının (HBŞ) iclası keçiriləcək.

Minsk danışıqların dinc məkanı barədə öhdəliyini yerinə yetirir. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko oktyabrın 28-də Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə bəyan edib. Belarus dövlətinin başçısı əvvəlcə vurğulayıb ki, Belarus-Azərbaycan məkanında müzakirə ediləcək məsələlər çoxdur. O deyib: “Amma ilk növbədə referendum imtahanından yaxşı keçdiyinə görə sizi – Azərbaycan hakimiyyətini təbrik etmək istəyirəm. Onun nəticələri mürəkkəb bir dövrdə Azərbaycan xalqının hakimiyyətə münasibətinin ən yaxşı təsdiqidir. Bu, çox böyük qələbədir və mən onun dünyada necə qiymətləndirildiyini bilirəm. Hər cür söz-söhbət, hər cür dedi-qodu dərhal öz mənasını itirdi və ölkənizin imici xeyli yüksəldi”. Belarus Prezidenti deyib: “Dostumla razılaşmışıq ki, noyabrın 28-29-da görüşək. Heç nəyi dəyişmirik, heç nəyi təxirə salmırıq”.

Aleksandr Lukaşenko hesab edir ki, bugünkü görüş qarşıdan gələn yüksək səviyyədə danışıqlara hazırlıq istiqamətində müvafiq mərhələ olacaq. Belarus dövlətinin başçısı deyib: “Ciddi müzakirə edəcəyimiz bir sıra problemlər var”.

A.Lukaşenko diqqəti belə bir fakta da cəlb edib ki, bu günlərdə Belarusun paytaxtı beynəlxalq görüşlər üçün geniş məkana çevrilib. Məsələn, oktyabrın 27-də Avrasiya İqtisadi İttifaqı səviyyəsində görüş keçirilib. Bu gün MDB ölkələrinin hökumət başçıları görüşürlər. Bundan əlavə, BMT-nin Avropa İqtisadi Komissiyasının irimiqyaslı beynəlxalq konfransı keçirilir. Bu günlər Ukraynaya dair işçi qrupunun iclası keçirilir. A.Lukaşenko deyib: “Bütün bunlar göstərir ki, Minsk danışıqların dinc məkanı barədə öhdəliklərini yerinə yetirir”.

Azərbaycanın Baş nazirinin birinci müavini Y.Eyyubov deyib: “Belarus və Aleksandr Lukaşenko Azərbaycan və onun xalqı üçün çox yaxın və doğmadır”.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.