ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi başa çatıb

Bakı, 11 avqust, AZƏRTAC 

Avqustun 10-da saat 23:59-da ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi başa çatıb.

AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, iyulun 29-da başlayan 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I–IV) üzrə ixtisas seçimi yekunlaşıb. V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də avqustun 10-u saat 23:59-dək elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçiriblər.

Nəticələr yaxın günlərdə açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.