MƏDƏNİYYƏT
“Əli və Nino” tamaşası yenidən səhnədə
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Qurban Səidin məşhur “Əli və Nino” romanı əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında səhnələşdirilən tamaşada hadisələr 1914-1920-ci illəri əhatə edir. Romanı teatr üçün Valentina Reznikova hazırlayıb.
Azərbaycan aristokratiyasının həyatından maraqlı faktlar, Bakının o dövrdəki mədəni və ictimai həyatı, ayrı-ayrı xalqların (Azərbaycan və Gürcüstan) mədəniyyətinə və inancına malik olan sevgilərin qarşılıqlı münasibətləri, həmçinin Əli və Ninonu bir-birindən ayıran faciəli hadisələr - bütün bunlar quruluşçu rejissor İlqar Safatın hazırladığı tamaşada əksini tapıb.
Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan səhnə əsərində Əli obrazını Murad Məmmədov, Nino surətini Həcər Ağayeva ifa edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]