CƏMİYYƏT


Əlillərin bərpa-müalicə müəssisələrində ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faizədək çox olub

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri də əlilliyin qarşısının alınmasına, əlillərin kompleks tibbi-sosial və peşə reabilitasiyasının həyata keçirilməsinə, onların reabilitasiya potensiallarının reallaşdırılmasına yönəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlik tərəfindən bu istiqamətdə görülən işlərin davamı olaraq, cari ilin yanvar-sentyabr aylarında nazirliyin əlillərin bərpa-müalicə müəssisələrində ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faizədək çox, yəni 6 381 nəfər əlil şəxs bərpa-müalicə xidmətləri ilə təmin edilib. Bu dövrdə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 10 676 nəfər (ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,2 faiz çox) əlil şəxsə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlara ümumilikdə 25 248 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1 093 ədəd əlil arabası, 525 ədəd eşitmə aparatı təqdim olunub.

Qeyd olunan dövrdə 128 nəfər (o cümlədən 70 nəfər əlilliyi olan şəxs, valideynlərindən biri ilə bərabər 58 nəfər sağlamlıq imkanları məhdud uşaq) xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib.

Yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin olunanların sayı ümumilikdə 17 185 nəfər təşkil edib ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4 876 nəfər və ya 39,6 faiz çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.