CƏMİYYƏT


Alimlər 172 il əvvəl nəsli kəsilən quşu klonlaşdırmağı planlaşdırırlar

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

AZƏRTAC “nat-geo.ru” saytına istinadla xəbər verir ki, Böyük Britaniyada sonuncu nümunəsi 1844-cü ildə yaşayan quşu klonlaşdırmağa cəhd edəcəklər.

Qütb dəniz quşu olan qaqarka axırıncı dəfə İslandiyanın şimal sahillərində ovlanıb. Orta pinqvin ölçülü bu qanadsız quşların kökü isti xəzə və ətinə görə kəsilib. Ancaq dünyada qaqarkalara aid çoxsaylı müqəvva, dəri, yumurta və hətta doldurulmuş daxili orqanlar saxlanılır. Hazırda beynəlxalq alimlər qrupu mövcud materiallardan istifadə etməklə qanadsız qaqarkanın DNT-sini ayırmağı və onu qaqarkanın yaxın qohumları olan quşun toxum hüceyrəsinə yerləşdirməyi planlaşdırır.

Qanadsız qaqarka Avropada insan tərəfindən kökü kəsilən ilk növ olduğundan Britaniya alimləri öz səylərini məhz ona yönəldiblər. Bu növün bərpası Avropanın şimal dənizləri, habelə ABŞ və Kanadanın şərq sahilboyunda ekoloji vəziyyəti xeyli yaxşılaşdırmağa imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.