ELM VƏ TEXNOLOGİYA


Alimlər beynin “Google Glass” eynəyinə reaksiyasını araşdırırlar

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Alimlər insan beyninin “Google Glass” eynəyinə reaksiyasını araşdırırlar. Müvafiq prosesləri izləmək məqsədilə onlar sınaq iştirakçılarının istifadə edəcəyi portativ qurğu hazırlayıblar.

AZƏRTAC “planet-today.ru” saytına istinadla xəbər verir ki, Dreksel Universitetinin əməkdaşları məhz “Google Glass” eynəklərinin, habelə digər bu cür qurğuların insan beyninə necə təsir etdiyini öyrənməyi planlaşdırırlar. Tamamlanmış reallıq eynəklərinin insanın təfəkkür orqanına mühüm təsir göstərməsi yenilik deyil, lakin bu prosesin xüsusiyyətləri hələ də az tədqiq edilib.

Alimlərin hazırladıqları portativ qurğu insan beyninin fəallığını ölçən infraqırmızı spektroskopiya əsasında işləyir. Güman edilir ki, bu devays tədqiqatçılara “Google Glass” eynəklərinin beyində cərəyan edən müxtəlif proseslərə əsas təsir prinsiplərini başa düşməkdə kömək edər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.