CƏMİYYƏT


Alimlər dünya iqlimi üçün yosunun faydalı olduğunu bildiriblər

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Danimarka alimləri dünya iqliminə dəniz yosununun təsirini öyrənmək üçün tədqiqat aparıblar.

AZƏRTAC medikforum.ru saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, bu bitkilər iqlim üçün əvvəllər güman olunduğundan daha vacibdir. Bir neçə ilə ərzində aparılan araşdırma nəticəsində məlum olub ki, məhz yosunlar su ekosistemlərində karbon qazının miqdarını tənzimləyir və bu funksiyası ilə qlobal istiləşmə üçün maneələr yaradır.

Alimlərin sözlərinə görə, yosunlar su altında olan meşələrə bənzəyir. Bu bitkilər karbon qazının miqdarını tənzimləməklə onun azalmasına kömək edir. Bu tapıntı qlobal istiləşməyə bitkilərin təsirinin öyrənilməsi məsələsində alimlərə irəliyə addım atmağa imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.