CƏMİYYƏT


Almaniyanın Azərbaycandakı səfirliyi “Düşün!”  adlı viktorina təşkil edib

A+ A

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən Bakıda “Düşün!” adlı viktorina təşkil edilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin müvəqqəti işlər vəkili Folker Berreshaym belə tədbirlərin Azərbaycan ilə Almaniya arasındakı münasibətlərin daha da inkişafına töhfə verdiyini vurğulayıb. Gənc azərbaycanlıların Almaniyaya maraq göstərmələrindən məmnunluğunu vurğulayan F.Berreshaym iştirakçılara uğurlar arzulayıb.

Sonra Almaniyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

“Düşün!” viktorinası çox sevilən “Nə? harada? Nə zaman?” formatında keçirilib. Hər biri 6 nəfərdən ibarət olan 25 komanda yarış ərzində Almaniya haqqında biliklərini nümayiş etdirib. Yarışda “Diplomat”, “Revolver” və “Prestij” komandaları müvafiq olaraq ilk üç sırada qərarlaşıb.

Qalib komandalar səfirlik tərəfindən mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.