CƏMİYYƏT


Altı ayda 3 mindən çox əcnəbiyə fərdi şəxsi hesab açılıb

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi bu ilin yanvar-iyun aylarında da davam etdirilib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə 3 min 205 əcnəbiyə fərdi şəxsi hesab açılıb. Sistemdə qeydiyyata alınan xarici vətəndaşların sayı 31 min 68 nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 min 58 nəfər (24,2 faiz) çoxdur. Fərdi şəxsi hesabı olan əcnəbilərdən 27 min 340 nəfəri (88 faiz) kişilər, qalanları qadınlardır.

Hazırda fondun fərdi uçot sistemində 123 ölkənin vətəndaşları qeydiyyatdadır. Fərdi şəxsi hesabı olan əcnəbilər arasında say çoxluğuna görə ilk yerləri Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşları tutur.

Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin 2006-cı il yanvarın 1-dən məcburi dövlət sosial sığorta sistemi ilə əhatə olunmasına başlanılıb. Bu amil ölkə vətəndaşları kimi, onların da gələcəkdə pensiya təminatına malik olmalarını stimullaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.