MƏDƏNİYYƏT


Altı kitabın təqdimatı keçirilib

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

“Parlaq imzalar” nəşriyyatında çap olunmuş “Bartlbi və çevrəsi”, “Səsindən tanıdılar payızı”, “Dədə Qorqud”, “Tənha”, “Alman malı” və “Azəristan ölkəsi” adlı kitabların təqdimatı keçirilib. Bu kitablar Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə Azad Azərbaycan Müstəqil Teleradio şirkəti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən işıq üzü görüb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, yeni çapdan çıxmış kitablar oxuculara və idarənin şəbəkəsinə tabe olan digər kitabxanalara paylanılıb.

Təqdimatda Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov bildirib ki, bundan sonra da il ərzində mütəmadi olaraq yeni kitablar nəşr olunacaq və gənc nəslin maarifləndirilməsi istiqamətində səmərəli işlər görüləcək.

Qeyd edək ki, əməkdaşlıq memorandumunun şərtlərinə əsasən, Bakı şəhərində və paytaxtın rayonlarında uşaq, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsi, onların bədii ədəbiyyata və mütaliəyə marağının artırılması məqsədilə müxtəlif mədəni tədbirlərin təşkili, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən ATV kanalı və “Parlaq imzalar” nəşriyyatı ilə birgə reallaşdırılan, “ATV Kitab” layihəsinə daxil olan nəşr nümunələrinin alınıb gənc oxuculara çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.