ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutu beynəlxalq konfransa hazırlaşır

Bakı, 7 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında müvafiq Sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda noyabr ayında İslam ölkələrinin mədəniyyəti, ədəbiyyatı və tarixinə dair əlyazma abidələrinin tədqiqinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda ikinci beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbir əlyazma üzrə tədqiqatçıların diqqətinin Azərbaycana yönəlməsində və ölkəmizin beynəlxalq aləmdə elm və mədəniyyət ocağı kimi tanınmasında mühüm rol oynayacaq.

Konfransda iştirak etmək istəyənlər sentyabrın 1-dək məruzələrinin mətnlərini institutun elektron ünvanına göndərə bilərlər.

Beynəlxalq tədbirdən sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.