İQTİSADİYYAT


Əmanətlərin Sığortalanması Fondu: Qorunan əmanətçilərə kompensasiya məbləği bir dəfəyə tam olaraq ödənilir

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

"Əmanətlərin sığortalanması haqqında" Qanunun 27.1-ci maddəsinə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir.

Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) AZƏRTAC-a bildiriblər ki, əmanətlər ABŞ dolları və ya avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

"Əmanətlərin sığortalanması haqqında" Qanunun 27.3-cü maddəsinə əsasən, bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.

Qorunan əmanətçilərə kompensasiya məbləği bir dəfəyə tam olaraq ödənilir, bir əmanətçiyə hissə-hissə kompensasiya ödənilməsi qanunvericiliyə ziddir və ƏSF-in proqram sistemində nəzərdə tutulmayıb.

Qeyd edək ki, sığorta hadisəsi baş vermiş "Parabank" ASC, "Zaminbank" ASC, "Kredobank" ASC və "Dekabank" ASC-nin qorunan əmanətçilərinin sayı 31 min 959 nəfər təşkil edir. 17 min 786 nəfərin əmanətləri 1 manata, 11 min 534 nəfərin əmanətləri isə 1 manatdan 1000 manata qədər olanlardır. Min manatdan artıq əmanəti olan əmanətçilərin sayı 2 min 639 nəfərdir və avqustun 19-na onlardan 1915 nəfərinə (72,6 faiz) 56 min 455 min manat kompensasiya ödənilib.

Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən: www.adif.az əldə edə bilər, Fondla 941 nömrəli qaynar xətt, və ya 596 65 91/92/93 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.