Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və əhalinin sosial müdafiəsi naziri Goranboy rayonunda 5 rayon və şəhərin sakinləri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Goranboy rayonunda 5 rayon və şəhərin sakinləri ilə görüşüb

Bakı, 28 aprel, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Goranboy rayonunda bu rayonun, Yevlax və Ağdaş rayonlarının, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların müraciətləri əsasən imtiyazlı şəxslərin mənzillə təminatı, bərpa müalicəsi xidmətinin göstərilməsi, sığorta və pensiya münasibətləri, məşğulluğun təmin edilməsi, özünüməşğulluq fəaliyyətinin qurulmasının dəstəklənməsi, əmək hüquqlarının müdafiəsi və s. məsələləri əhatə edib. Nazirliyin aidiyyəti rəhbər vəzifəli şəxslərinin də iştirakı ilə hər bir müraciətin araşdırılaraq cavablandırılması təmin olunub.

S.Müslümov vətəndaşlarla görüşündə vurğulayıb ki, dünyada qeyri-sabit, gərgin vəziyyətin mövcud olduğu bir vaxtda ölkəmizin sosial-iqtisadi inkişaf tempinin davam etməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi islahatlar kursu uğurlu nəticələrini verir: “Cari ilin ilk rübündə qeyri-neft sektorunda 2,4 faiz, o cümlədən kənd təsərrüfatında 3,5 faiz, ixracda təqribən 50 faiz artımın olması, əlavə olaraq iş yerlərinin yaradılması, ölkənin valyuta ehtiyatlarının 1 milyard dollar çoxalması respublikanın artıq yeni bir inkişaf yoluna çıxdığını göstərir. Müsbət dinamikanın sosial sahədə davamı kimi, cari ilin yanvar-fevral aylarında orta aylıq əmək haqqı 5,9 faiz, əmək pensiyalarının orta aylıq məbləği 2017-ci ilin əvvəli ilə müqayisədə birinci rübdə 5,3 faiz artıb”.

Görüşdə nazir dövlət başçısının 2014-cü il iyunun 20-də imzaladığı Sərəncamının icrası işləri çərçivəsində nazirlik tərəfindən son iki ildə Goranboy, Yevlax, Ağdaş rayonları, Mingəçevir, Naftalan şəhərləri üzrə də 30 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin edildiyini bildirib. S.Müslümov eyni zamanda son illərdə Goranboy rayonunda yeni inşa olunmuş 54 mənzilli yaşayış binasının da Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunduğunu, hazırda bu bölgədə qeyd olunan kateqoriyalara aid şəxslər üçün evlərin tikintisinin davam etdirildiyini diqqətə çatdırıb: “Bölgə üzrə məşğulluğun təminatı da diqqətdə saxlanılır. Nazirliyin məşğulluq orqanlarının xətti ilə bu 5 rayon və şəhər üzrə cari ilin ilk rübündə 1815 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib, 100 nəfərə yaxın şəxs peşə hazırlığına cəlb olunub. Özünüməşğulluq proqramı çərçivəsində Goranboy, Yevlax, Ağdaş rayonlarından, Mingəçevir, Naftalan şəhərlərindən də təlim kurslarına cəlb olunmuş şəxslərdən 63 nəfərin biznes-planları uğurlu hesab edilib, artıq onlardan bir qrupuna ailə təsərrüfatlarını qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib. Digərləri də qısa vaxt ərzində ailə bizneslərini formalaşdırmaları üçün aktivlərlə təmin olunacaqlar”.

Görüşdə bir sıra müraciətlərdə əksini tapan məsələlərin yerindəcə həll olunması üçün müvafiq tədbirlər görülüb. İşlə təmin olunmaq üçün müraciət edən şəxslərə boş iş yerləri (vakansiyalar) təqdim olunub və seçimlərinə uyğun iş yerlərinə göndərişlər verilib. Həmçinin bir sıra imtiyazlı şəxslər bərpa müalicəsinə cəlb edilmələri, reabilitasiya vasitələri ilə təmin olunmaları üçün qeydiyyata götürülüblər. S.Müslümov bildirib ki, nazirliyin bu bölgə üzrə əlilliyi olan şəxslər üçün iki reabilitasiya müəssisəsi – Yevlaxda və Naftalanda Əlillərin Regional Bərpa Mərkəzləri vardır: “Prezidentin tapşırığı əsasında reabilitasiya sisteminin təkmilləşdirilməsi üçün aparılan işlər bu mərkəzləri də əhatə edir. Hazırda hər iki mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılır, nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində olduğu kimi, onlarda da ən müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılacaq”.

Vətəndaşlar ölkədə sosial-iqtisadi inkişaf proseslərinin davamlı xarakter almasından, sosial müdafiə sisteminin gücləndirilməsi tədbirlərindən, eyni zamanda respublikanın regionlarında yeni iş yerlərinin yaradılmasından və məşğulluq imkanlarının artırılmasından razılıqlarını bildirib, sosial məsələlərin həllinə daim xüsusi diqqət və qayğı göstərildiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib