CƏMİYYƏT


Əmək və əhalinin sosial müdafiəsi nazirinin Daşkəsəndə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Daşkəsəndə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilərək avqustun 30-dan avqustun 29-na keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, S.Müslümov həmin gün saat 10:00-da Daşkəsən, Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Daşkəsən rayonu üzrə (022) 305-33-47, Gəncə şəhəri, Samux, Göygöl, Kəlbəcər rayonları üzrə (022) 256-74-94 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciətləri araşdırılaraq cavablandırılacaq və müvafiq tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.